Şirvan
Bu gün səhər saatlarından ölkənin hər yerində olduğu kimi Şirvan şəhərində də, səsvermə prosesi qanunlar çərçivəsində keçirilir. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, səhər saatlarında möçhaidəçilərin də, iştirakı ilə seçki qutuları möhürlənərək seçkiyə hazır vəziyyətə gətirilib. Saat 8:00-da səsvrmə prosesinə start verilib..Vətəndaşlar qeydiyatda olduqları məntəqələrə gələrək öz seçdikləri namizədlərə səs veriblər.
Səsvermə günü seçicilərin səs verdiyi hər bir məntəqə dayanıqlı enerji rabitə xidməti və istiliklə təmin edilib və ehtiyyat tədbirlər görülüb. Ümumilikdə 46 saylı Şirvan dairə seçki komissiyasında 40 min 77 secici qeydiyyata alınıb. 32 məntqədə 12 veb kamera quraşdırılıb. Secici siyahıları da dəqiqləşdirilib , bütün namizədlər üçün bərabər şərait yaradılıb.Dairə komissayası üzrə 2 yerə qarşı 78 namizəd qeydiyyata alınıb və 26 bələdiyyə üzvü seçiləcək. Həmçinin çeçkinin gedişini izləmək üçün 376 müşahidəçi qeydiyyata alınıb və 8 siyasi partiyanının namizədləri bələdiiyə seçkilərində mübarizə aparır.
59 saylı Salyan DSK
Salyan rayonunda da artıq saat 8-00 radələrindən etibarən bələdiyyə seçkilərinə start verilib. Rayonda 59 saylı Salyan DSK fəaliyyət göstərir. 59 saylı Salyan seçki dairəsində 40 seçki məntəqəsindən 38 100 seçicinin bu gün keçirilən bələdiyyə seçkilərində iştirakı gözlənilir. Seçki prosesini birbaşa izləmək üçün 8 seçki məntəqəsində VEB kamera quraşdırılıb. Seçicilərin səsvermədə iştirakı üçün seçki məntəqələrdə hər cür şərait yaradılıb. Seçkilərə start verilən andan seçicilər böyük əhval ruhiyyə ilə məntəqələrə axışır, səsvermə kabinələrinə keçərək istədikləri namizədlərə səs verirlər. Seçkilərin gedişini 356 nəfər müşahidəçi izləyir. Onu da deyim ki, seçki dairəsində 7 bələdiyyə üzrə 77 nəfər bələdiyyə üzvü seçilməlidir ki, buna qarşı 218 nəfər öz namizədliyini irəli sürüb. 59 saylı Salyan dairə seçki komissiyasının sədri Səlamət Kərimovun SİA-ya verdiyi məlumata görə, saat səsvermə zamanı hələlik hər hansı bir qanun pozuntusu qeydə alınmayıb, seçkilər tam demokratik, şəffaf şəraitdə keçirilir.
60 saylı Salyan-Neftçala DSK
60 saylı Salyan-Neftçala seçki dairəsində də seçicilərin fəallığı müşahidə olunur. Bu dairədə 37 184 seçicinin səs verməsi üçün 38 seçki məntəqəsi yaradılıb. Bunlardan 34-ü Salyan, 4-ü isə Neftçala ərazisində yerləşir. Seçki dairəsində 15 bələdiyyə üzrə 371 nəfər öz namizədliyini irəli sürüb. Həmin namizədlərdən yalnız 143 nəfəri bələdiyyə üzvlüyünə seçiləcək. Dairə seçki komissiyasının sədri Nağı Bədəlovun verdiyi məlumata görə, 439 nəfər müşahidəçinin izlədiyi bələdiyyə seçkilərində hələ ki, qanun pozuntusu ilə bağlı dairəyə müraciət edən olmayıb.
61 saylı Neftçala DSK
61 saylı Neftçala seçki dairəsində məntəqələrə gələn seçicilərin fəallığı qənaətbəxşdir. Dairə seçki komissiyasının sədri Aygün Abdullayevanın verdiyi məlumata görə, hələ indiyədək hər hansı bir seçki məntəqəsində qanun pozuntusu ilə bağlı dairəyə istər yazılı, istərsə də şifahi müraciət edən olmayıb. Bələdiyyə seçkiləri seçki məcəlləsində nəzərdə tutulan qanun çərçivəsində həyata keçirilir. Seçicilərin səs verməsi üçün seçki məntəqələrində hər cür şərait yaradılıb. 42 612 nəfər seçici 41 məntəqədə səsvermədə iştirak edəcək ki, həmin məntəqələrin 3-ü yeni yaradılıb. Seçkilərə 395 nəfər müşahidəçi, 42 nəfər məşvərətçi nəzarət edir. Onu da deyim ki, bu gün keçirilən bələdiyyə seçkilərində 15 bələdiyyə üzrə 438 nəfər öz namizədliyini irəli sürüb.
58 saylı Hacıqabul-Kürdəmir DSK
58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsində də bələdiyyə seçkiləri mütəşəkkil qaydada davam edir. Dairədə qeydə alınan 43 101 nəfər seçicinin yüksək fəallığı müşahidə olunur. Qeyd edim ki, seçki dairəsi 46 seçki məntəqəni əhatə edir. 43 101 nəfər seçicisi olan dairədə 7 bələdiyyə üzrə öz namizədliyini irəli sürən 407 nəfər 151 yer uğrunda mübarizəaparır. Həmin namizədlərin 88 nəfəri qadındır. Dairə seçki komissiyasının sədri Məhəmməd Hacıyevin verdiyi məlumata görə, 550 nəfər müşahidəçinin izlədiyi bələdiyyə seçkiləri tam obyektiv və ədalətli şəraitdə keçirilir. Öz ürəklərinin hökmü ilə məntəqələrə gələn seçicilər heç bir kənar təsir və təzyiqlərə məruz qalmadan istədikləri namizədlərə səs verirlər. Qeyd edim ki, bələdiyyə seçkilərində 1276 nəfər ilk dəfə səsvermədə iştirak edəcək.
46 saylı Şirvan DSK
46 saylı Şirvan seçki dairəsində də seçicilərin fəallığı normal qaydadadır. Qeyd edim ki, 46 saylı DSK-də seçki Şirvan və Hacıqəhrəmanlı bələdiyyəsi fəaliyyət göstərir. Şirvan bələdiyyəsi üzrə 17 yerə qarşı 55 nəfər, Hacıqəhrəmanlı bələdiyyəsi üzrə isə 9 yerə qarşı 23 nəfər öz namizədliyini irəli sürüb. 40 077 seçicinin olduğu dairənin 12 seçki məntəqəsində VEB kamera quraşdırılıb. Məntəqələr fasiləsiz elektrik enerjisi və rabitə sistemi ilə təmin olunub. Seçici və müşahidələr üçün bütün məntəqələrdə normal şərait
yaradılıb. Bələdiyyə seçkilərini 413 nəfər müşahidəçi izləyir. Dairə seçki komissiyasının sədri Taleh Ağayevin verdiyi məlumata görə, səsvermə zamanı hələlik hər hansı bir qanun pozuntusuna yol verilməyib. Bələdiyyə seçkiləri tam demokratik, azad və şəffaf şəraitdə keçirilir.
62 saylı Saatlı DSK
62 saylı Saatlı seçki dairəsində də vəziyyət qənaətbəxşdir. Məntəqələrə gələn seçicilər istədikləri namizədlərə səs verirlər. Qeyd edim ki, dairənin əhatə etdiyi 39 seçki məntəqəsinin seçki siyahısında 40 582 seçicinin adı qeyd olunub. Bunlardan 886 nəfəri ilk dəfə səsvermədə iştirak edəcək. 5 məntəqədə VEB kamera quraşdırılıb. Bələdiyyə seçkilərini izləmək üçün 729 nəfər müşahidəçi qeydə alınıb. Dairə seçki komissiyasının sədri Arif Əliyevin verdiyi məlumata görə, hələlik seçki prosesində hər hansı bir qanun pozuntusuna yol verilməyib. Onu da deyim ki, seçki dairəsində 22 bələdiyyə üzrə 522 nəfər namizədliyini irəli sürüb. Bunun da 202 nəfəri bələdiyyə üzvü seçilməlidir.
65 saylı Saatlı-Sabirabad-Kürdəmir DSK
SİA-nın Aran bürosunun verdiyi məlumata görə 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsində 56 seçki məntəqəsi fəaliyyət göstərir. Dairədə 42 001 nəfər seçici qeydə alınıb. 27 bələdiyyə üzrə 634 nəfər öz namizədliyini irəli sürüb ki, bunun da 247 nəfəri bələdiyyə üzvü seçiləcək. Dairə seçki komissiyasının sədri Yengibar Abışovun verdiyi məlumata görə, məntəqələrdə səs vermə davam edir.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB