Soydaşlarımız Ukraynada həmrəy oldular FOTO

Soydaşlarımız Ukraynada həmrəy oldular FOTO

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin ,Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Azərbaycanın Ukraynadakı səfirliyinin birgə təşəbbüsü ilə Kiyev şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Sosial Elmlər İnsititunda qarışdan gələn 31 dekabr dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə konsert keçirilib.SİA-nın xəbərinə görə, bayram tədbirinə qatılanlar ilk öncə Ukrayna Regionlararası Heyətin İdarəolunması Akademiyasının qarşısındakı ümummili lider Heydər Əliyevin büstünün önünə tər çiçək qoymaqla ulu öndərin parlaq xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin dnepropetrovsk,Xarkov,Donetsk,Çerniqov,Çernavtsı,Xmelinitski,Ternopl,Zakarpatiya, və bir sıra vilayət və şəhər təşkilatları rəhbərlərinin,Ukrayna Regionlararası Heyətin İdarəolunması Akademiyasının müəllim və tələbə kollektivinin iştirak etdiyi bayram tədbirində Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli çıxış edərək, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dünya Azərbaycanlılarının həmrəylik gününün tarixi əhəmiyyətindən danışıb.Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin inkişaf dinamikasından söz açan səfir ,həmrəylik gününün Ukraynada yaşayan soydaşlarımız tərəfindəndə böyük təntənə ilə qeyd edildiyini vurğulayıb.Bu istiqamətdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə Ukraynanın müxtəlif vilayət və şəhərlərində keçirilən silsilə tədbirlərin bu ölkədə yaşayan soydaşlarımızin birlik və həmrəyliyinə xidmət etdiyini qeyd edib.Tədbridə çıxış edən Heydər Əliyev adına Beynəlxalq Sosial elmlər İnsititutunun direktoru İvan Bidziyura qarşıdan gələn yeni il və dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə Azərbaycan xalqına xöş və səmimi arzularını çatdırıb.Tədbirə qatılanları bayram münasibəti ilə təbrik edən Birləşmiş Ukrayna Azərbaycanlıarı Konqresinin sədri ,Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva dünya azərbaycanlılarının vahid dövlətçilik məvkurəsi ətrafında birləşməsində ümummili lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıblar.Ulu öndərin siyasi kursunun prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsindən fərəh hissi duyduqlarını bildiriblər.Sonra Ukraynanın xalq artisti Qurban Abbasovun rəhbərlik etdiyi Azərbaycan mahnı və rəqs ansanblının ifasında maraqlı konsert propramı nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə