Xəzər rayonunda səsvermə davam edir

Xəzər rayonunda səsvermə davam edir
YAP Siyası Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Milli Məclisin üzvləri Çingiz Əsədullayev və İqbal Məmmədov 13 saylı Xəzər-Pirallahı və 14 saylı Xəzər seçki dairəsinin əksər məntəqələrində olublar. SİA-nın məlumatına görə, onlar seçki prosesinin gedişatı ilə maraqlanıb, məntəqə sədrlərindən ümumi məlumatlar alıblar. Müşahidəçilər və komissiya üzvləri ilə söhbət zamanı məlum olub ki, seçki prosesi zamanı heç bir qanun pozuntusu baş verməyib. Proses qaydalar çərçivəsində həyata keçirilir. Məlumat verilib ki, seçkiləri siyasi partiyaların nümayəndələri, müstəqil müşahidəçilər və namizədlərin şəxsi nümayəndələri izləyirlər.

Qeyd edək ki, saat 15:00-a olan məlumata görə, 13 saylı Xəzər-Pirallahı seçki dairəsində 13698 seçici və 14 saylı Xəzər seçki dairəsində 17100 seçici seçkidə iştirak edib.


Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com