Yasamalda seçkilər tam demokratik şəkildə keçirilir

Yasamalda seçkilər tam demokratik şəkildə keçirilir

16 saylı Yasamal II seçki dairəsindən seçmək hüququ olanlar öz vətəndaşlar seçimlərini etdilər

15 saylı Yasamal II seçki dairəsində seçici aktivliyi hələ günün ilk yarısından müşayiət olunurdu. Dairə üzrə 19 yerə 50 namizəd mübarizə aparıb. Məntəqədən bildirilib ki, 14 saylı seçki mətəqəsi üzrə 1314 nəfər səsvermə hüququ olan vətəndaş var. Məntəqədə 14 müşahidəçi və 2 məşvərətçi var. Öz təşəbbüsü ilə müşahidəçi qismində də iştirak edən şəxslər var. Bir sözlə, seçki prosesində bizim məntəqədə heç bir qayda pozuntusu qeydə alınmadı".

14 saylı seçki məntəqəsində səs verən Nəzakət Səmədova isə bildirib ki, bir vətəndaş kimi seçkidə iştirak etmək hər birimizin borcudur: "Mən də öz səsimi etibarlı namizədə verdim. İnanıram ki, günbəgün böyüyən ölkəmizdə bu seçkilərdən sonra daha da böyük canlanma müşahidə olunacaq. Seçkilərin gedişindən çox razıyam. Seçkilər çox şəffaf şəraitdə keçirilir. Vətəndaşlarımız istədiyi namizədə sərbəst şəkildə səs verirlər. Mən dəfələrlə seçkilərdə iştirak etmişəm və heç bir zaman qayda pozuntularına rast gəlməmişəm".

Seçici Aslan Şıxıyev ilk dəfədir ki, səs verdiyini qeyd edib: "İlk dəfədir ki, seçkidə öz səsimi namizədə etibar edəcəm. Bundan sevinirəm. Bir gənc kimi Yeni Azərbaycan Partiyasının üzvü olmağımdan, bu partiyaya xidmət etməyimdən qürur duyuram. Biz gənclərin parlaq gələcəyi yeganə siyasi güc olan Yeni Azərbaycan Partiyasının əlindədir".

15 saylı seçki məntəqəsinin sədri Gülcahan Həsənova bildirib ki, vətəndaşlarımız seçkiyə böyük sevinc hissi ilə qatılıblar: "Seçicilər məntəqəyə gələrək səslərini verirlər. Heç bir qayda pozuntusu görməmişik, mənfi hallar qeydə alınmamışdır. Məntəqə üzrə 1201 nəfər səsvermə hüququ olan vətəndaşımız var. Müşahidəçi qismində 10, məşvərətçi kimi isə 2 nəfər iştirak edir".

16 saylı seçki məntəqəsində də xüsusi coşqu var idi, insanlar səs vermək üçün növbəyə dayanmışdılar. Məntəqə sədri Gülər Hümbətova vurğuladı ki, məntəqə üzrə səsvermə hüququ olan 1306 nəfər şəxs var: "İnsanlar aktiv şəkildə seçkidə iştirak edirlər. Məntəqə 14 müşahidəçi, 2 məşvərətçi iştrak edir. Heç bir qayda pozuntusu qeydə alınmayıb. İnsalar növbə ilə sakit şəkildə, heç bir təzyiq altında qalmadan səslərini verib gedirlər. Hətta yaradılan çox gözıl şəraitə görə, öz minnətdarlıqlarını da ifadə edirlər".

Seçici Qədimov Rauf vurğuladı ki, bu dəfəki seçilərdə xeyli fəallıq hiss olunur: "Gənclər də, yaşlı nəsil də səsvermədən kənarda qalmaq istəmir. Bugünkü seçkilər çox azad və demokratik şəkildə keçirilir. Komissiya üzvləri seçiciləri çox mehriban qarşılayırlar. Sərbəst şəkildə hər kəs öz namizədinə səs verir".

Sesvermə otağından çıxararaq böyük sevinc hissi ilə bizimlə danışan Əliyeva Aylin çox ədalətli seçki prosesinin şahidi olduğunu qeyd etdi: "Vətəndaşlarımız sərbəst şəkildə səsvermə hüquqlarından istifadə edirlər. Mən də bir vətəndaş kimi sərbəst şəkildə və öz iradəmə uyğun olaraq seçkilərdə iştirak etdim".

Seçici Əhməd Hüseynov bildirdi ki, seçki günü olduğuna görə, sanki ölkəmizdə bugün bayram əhval ruhiyyəsi var: "Seçki məntəqələrinə vətəndaşlarımız axın edir və öz namizədlərinə sərbəst şəkildə səs verirlər. Mən özüm də dəfələrlə seçkilərdə iştirak etmişəm. Bugünkü seçki prosesi də çox yüksək səviyyədə təşkil olunub və səsvermə prosesi şəffaf keçirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə