Bu gün start verilmiş bələdiyyə seçkilərində 31 saylı Suraxanı 2-ci seçki dairəsinin 12 sayı seçki məntəqəsində fəallıq müşahidə olunur. Komissiya sədrinin SİA-ya verdiyi məlumata görə, daha çox aktivlik saat 9:00-10:00 arasında müşahidə olunub.
O bildirib ki, indiyə qədər seçicilər arasında 3 nəfər ilk dəfə səs verib. Komissiya sədri onu da qeyd edib ki, bu seçki dairəsindən 60 nəfər öz namizədliyini irəli sürüb. Onlardan 17-si səsvermə nəticəsində bələdiyyə sədri seçiləcək.
Müşahidəçilər də səsvermədə fəallıq olduğunu bildirirlər. "Ana vətən" partiyasından olan müşahidəçi şəffaflıq və obyektivliyin qorunduğunu, heç bir qayda pozuntusunun qeydə alınmadığını deyib.
Onun sözlərinə görə, düzgün seçici məntəqəsinə gəlməyən seçicilər məsul şəxslər tərəfindən öz seçki məntəqələrinə yönləndirilirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB