Sinoptiklərdən şad xəbər! temperatur yüksələcək

Sinoptiklərdən şad xəbər! temperatur yüksələcək

Sabahdan Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsi müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, ancaq küləkli hava şəraiti davam edəcək. Ölkə ərazisində cənub-qərb küləyi üstünlük təşkil edəcək.

Dekabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək, axşam isə şimal-qərb küləyinə keçəcək.

Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da dekabrın 24-də hava şəraitinin əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə