Bu gün keçirilən bələdiyyə seçkilərində Bakının Nəsimi – Səbail seçki dairəsində vətəndaşların aktiv iştirakı müşahidə olunur. SİA-nın məlumatına görə, 23 saylı Nəsimi – Səbail seçki dairəsinin 20 saylı seçki məntəqəsində 1243 seçicinin adı qeydiyyata alınıb.
Məntəqənin sədri Faina Ələkbərova 56 namizədin seçilmək üçün müraciət etdiyini, onlardan 17 nəfərin seçiləcəyini bildirib.
23 saylı Nəsimi – Səbail seçki dairəsinin 12 saylı məntəqəsinin sədri Aytən Baxşıyeva 1034 seçicinin qeydiyyata alındığını, saat 11:00-a dək 132 nəfərin səs verdiyini qeyd edib. Həmçinin vurğulayıb ki, 66 nəfər bələdiyyələrə seçilmək üçün müraciət edib, onlardan 19-u seçiləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB