Bu gün Azərbaycanda bələdiyyə seçkilərinə start verilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçiriləcək seçkilərdə 15035 bələdiyyə üzvü seçiləcək.
Bələdiyyə seçkilərində 37 077 nəfər bələdiyyə üzvlüyünə namizəd qeydə alınıb.
Səhər saatlarından etibarən Mərkəzi Seçki Komissiyasının 18 saylı Nizami-Nərimanov seçki dairəsi 1419 nəfər səs verib. Komisiyanın sədri İslam Muradovdur.
24 saylı Nizami seçki dairəsi üzrə 3609 nəfər səs verib. Komisiyanın sədri Niyazi Nəcəfovdur.
25 saylı Nizami seçki dairəsi üzrə 3675 nəfər səs verib. Komisiyanın sədri Heydər Vəliyevdir.
12:30
Bu saata verilən məlumata görə, 18 saylı Nizami-Nərimanov seçki dairəsində 3259 nəfər səs verib.
24 saylı Nizami seçki dairəsi üzrə 7617 nəfər səs verib.
25 saylı Nizami seçki dairəsi üzrə 8149 nəfər səs verib.
Qeyd edək ki, Seçkidə YAP və dig1ər partiyaların təmsilçiləri müşahidəçi qismində iştirak ediblər və seçkinin tam şəffaf keçdiyini bildiriblər.
İntizarə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB