Bu gün Azərbaycanda bələdiyyə seçkilərinə start verilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçiriləcək seçkilərdə 15035 bələdiyyə üzvü seçiləcək.
Bələdiyyə seçkilərində 37 077 nəfər bələdiyyə üzvlüyünə namizəd qeydə alınıb.
Səhər saatlarından etibarən Mərkəzi Seçki Komissiyasının 22 saylı Nəsimi 2-ci seçki dairəsi 25 saylı seçki məntəqəsində 138 nəfər səs verib.
Komissiyanın sədri İradə İbrahimova ümumi seçicilərin sayının 1301 nəfər olduğunu, saat 10:00-a qədər 138 nəfərin səs verdiyini bildirib.
Sözügedən məntəqədə müşahidəçilərdən Ana Vətən Partiyasından Nurəddin Qasımov, müstəqil müşahidəçi Təranə Bağırova səsvermənin şəffaf keçdiyini bildiriblər.
Nəzakət
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB