27 saylı Nəsimi seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində səsvermə başlanıb
Bu gün Azərbaycanda bələdiyyə seçkilərinə start verilib. SİA-nın məlumatına görə, Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçiriləcək seçkilərdə 15035 bələdiyyə üzvü seçiləcək.
Bələdiyyə seçkilərində 37 077 nəfər bələdiyyə üzvlüyünə namizəd qeydə alınıb.
Səhər saatlarından etibarən Mərkəzi Seçki Komissiyasının 22 saylı Nəsimi 2-ci seçki dairəsi 27 saylı seçki məntəqəsində 124 nəfər səs verib.
Komisiyanın sədri Habil Məmmədov ümumi seçicilərin sayının 1268 nəfərin olduğunu, bu saata qədər 124 nəfərin səs verdiyini bildirib. Sözügedən məntəqədə müşahidəçilərdən YAP təmsilçisi Zibər Rzayeva, Böyük Quruluş Partiyasının təmsilçisi Nigar İlqarqızı, Demokratik İslahatlardan Nihad Musayev, Mikayıl Cəbizadə, Rövşən İbrahimov məntəqələrdə keçirilən seçkilərin şəffaf və demokratik keçirildiyi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradıldığını bildiriblər.
Nəzakət
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB