Bu gün Azərbaycanda bələdiyyə seçkilərinə start verilib. SİA-nın məlumatına görə, Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçiriləcək seçkilərdə 15035 bələdiyyə üzvü seçiləcək.
Bələdiyyə seçkilərində 37 077 nəfər bələdiyyə üzvlüyünə namizəd qeydə alınıb.
Səhər saatlarından etibarən Mərkəzi Seçki Komissiyasının 22 saylı Nəsimi 2-ci seçki dairəsi 23 saylı seçki məntəqəsində 131 nəfər səs verib.
Komisiyanın sədri Rəna Naibova ümumi seçicilərin sayının 1412 nəfər olduğunu, saat 10:00-a qədər 131 nəfərin səs verdiyini söyləyib.
Sözügedən məntəqədə müşahidəçilərdən YAP təmsilçisi Gülnar Novruzova, Böyük Quruluş Partiyasının təmsilçisi Nəcibə Allahverdiyeva, Demokratik İslahatlardan Aygün Vəliyeva səsvermənin şəffaf keçdiyini bildiriblər.
Nəzakət
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB