Bu gün Azərbaycanda Bələdiyyə Seçkiləri günüdür. SİA-nın məlumatına görə, Bakı şəhəri, Xətai rayonunda start verilən seçkilər uğurla davam etdirilir. 36 saylı Xətai dördüncü seçki dairəsinin 4 saylı seçki məntəqəsinin sədri Arzu Quliyeva bildirib ki, məntəqədə 1368 seçicinin iştirakı gözlənilir.
36 saylı Xətai 4-cü seçki dairəsi üzrə 2 saylı məntəqədə isə 956 seçici var. Məntəqəyə 960 seçici bülleteni verilib.
Ümumiyyətlə Xətai rayonunda 4 dairə və 142 məntəqə mövcuddur. 6 məntəqə seçkiyə 5 gün qalmış yaradılıb. Bunlar cəzaçəkmə müəssisələri və hərbi hissələrdir. Xətai rayonundan bələdiyyəyə sədrlik üçün 104 nəfər namizəd qeydə alınıb, rayon üzrə 19 nəfər seçilməlidir. Xətai rayonunda bələdiyyə seçkilərinə müntəzəm seçici iştirakı müşahidə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB