Bir neçə kənddə qaz sevinci yaşandı FOTOLAR

Bir neçə kənddə qaz sevinci yaşandı FOTOLAR

"Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublikanın qaz təchizatı sisteminin yenidən qurulması, təbii qaz almayan yaşayış məntəqələrinin "mavi yanacaq"la təchiz olunması məqsədi ilə intensiv iş aparılır. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Masallı və Xaçmaz rayonlarının qazlaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib. Masallı rayonunun Xallıcalı və Qədirli kəndlərinə, eləcə də Xaçmaz rayonunun Qaraçaycex kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər. Masallı rayonunda keçirilən mərasimdə bildirilib ki, 119 abonenti olan Xallıcalı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13445 metr olan muxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 12 ədəd siyirtmə, 119 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 197 abonenti olan Qədirli kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 18845 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərdə 197 ədəd məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Xaçmaz rayonunun Qaraçaycex kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Qeyd olunub ki, 149 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 12700 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 149 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mərasimlərdə çıxış edən ictimaiyyət nümayəndələri və kənd ağsaqqalları kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə