Şirvan sakinləri Ramil Usubovu təbrik edirlər

Şirvan sakinləri Ramil Usubovu təbrik edirlər

Bu gün 22 dekabr tarixində dərin zəkalı, ağır təbiətli, iti təfəkkürlü, qətiyyətli, prinsipial mövqeyli, peşəkar polis general palkovniki, Azərbaycan respublikasının daxili işlər naziri Ramil İdris oğlu Usubovun doğum günüdür. 29 aprel 1994-cü il tarixdə xalqımızın yeganə xilaskarı, ümid yeri, güvəndiyi, əbədi yaşar prezidentimiz, ümummilli lider Heydər Əliyevin imzaladığı 140 nömrəli fərmanı ilə Azərbaycan Respubikasının Daxili İşlər naziri vəzifəsinə təyin edilən Ramil Usubov sabitliyimizin bərqərar olması və qorunmasında müstəsna xidmətləri olub və ölkə rəhbərliyi tərəfindən layiqincə dəyərləndirilib.

Ramil Usubov cinayətkarlıqla mübarizənin, ictimai təhlükəsizliyin və əmin-amanlığın təmin edilməsində, ölkədə dönməz sabitliyin əldə olunub, qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə Ulu Öndərimiz Heydər Əliyevin 24 dekabr 1998-ci il tarixli 41 nömrəli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. Bu gün 66 yaşı tamam olan Ramil Usubov 1984-87-ci illərdə indiki Şirvan o zamankı Əli Bayramlı şəhərinin rəisi işləyib. Ramil Usubovun xalq, dövlət qarşısındakı xidmətləri Azərbaycan xalqı kimi Şirvan (Əli Bayramlı) sakinləri tərəfindən yüksək qiymətləndirilir.

Bu gün həmin şəhərin sakinləri ideal şəxsiyyət və sadaqət simvolu hesab olunan Ramil Usubovu özlərinə doğma bilir onu doğum günü münasibətiylə təbrik edirlər. Gələcək fəaliyyətində ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurlar arzulayırlar.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə