BMM-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələtinə Dəstək Fondunun (KİVDF) 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə keçirdiyi növbəti müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə çıxış edən KİVDF-nin rəhbəri Vüqar Səfərli qeyd edib ki, Fond cari ildə 10 fərdi jurnalist yazılarının müsabiqələrini keçirib və həmin müsabiqələrdə 335 jurnalist iştirak edib: "KİVDF isə ayrılıqda olaraq 3 müsabiqə elan edib. Lakin bununla yanaşı, İcra hakimiyyətləri, nazirliklərlə də müştərək olaraq, müsabiqələr təşkil olunub".
Vüqar Səfərli bildirib ki, hazırkı müsabiqə 19 istiqaməti əhatə edib: "Müsabiqədə iştirtak edən jurnalistlərin sayı kifayət qədərdir. Belə ki, bu müsabiqədə 3 istiqamətdə altı qalib müəyyənləşdirilib və onların hər biri Fond tərəfindən mükafatlandırılacaqlar".
KİVDF rəhbəri müsabiqə ilə bağlı bəzi iradların olduğunu da deyərək, bu müsabiqənin fərqliliyini izah edib və bildirib ki, məhz həmin iradlar əsas götürülərək, bu gün müsabiqədə iştirak edən jurnalistlərin sayı çoxaldılıb.
Vüqar Səfərli qeyd edib ki, ötən müsabiqələrdən fərqli olaraq, hazırkı müsabiqənin 114 qalibi var: "Ümumilkkdə isə müsabiqədə 158 media qurumundan 154 jurnalis iştirak edib. Hər istiqamət üzrə I yerə 500, II yerə 300, III yerə isə 200 manat mükafat veriləcək. Qliblərdən 19 nəfəri I yeri, 39 nəəfəri II yeri, qalanları isə III yeri qazanıblar".
KİVDF rəhbəri sonda müsabiqə iştirakçılarını qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edib, onlara öz işlərində uğurlar arzulayıb.
Sonra söz Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru, KİVDF-nun müşahidə şurasının üzvü Bəxtiyar Sadıqova verilib. O, qeyd edib ki, bu gün dünyanın heç bir yerində jurnalistlər üçün bu cür müsabiqələr elan olunmur. Olunsa belə, Azərbaycandakı qədər kütləvilik təşkil etmir: "O cümlədən, dünyanın heç bir yerində dövlət jurnalistlərə mənzillər tikib vermir. Bu isə məhz cənab Prezident İlham Əliyevin qələm sahiblərinə göstərdiyi diqqət və qayığının bariz nümunəsidir".
Bəxtiyar Sadıqov bununla yanaşı təəssüflə qeyd edib ki, bu gün ölkədə peşəkar jurnalistika istənilən səviyyədə inkişaf etməyib: "Biz istərdik ki, hər bir jurnalist peşəkar olsun. Eyni zamanda jurnalist obyektivliyi qorunsun. Düzdür, bu istiqamnətdə müəyyən artım mövcuddur, ancaq istənilən səviyyədə deyil".
Bş redaktor həmçnin, jurnalistikada plagiatlıq probleminə də toxunaraq bildirib ki, sözügedən müsabiqədə də bu kimi hallara rast gəlinib: "KİV-in müəyyən olunmuş konsepsiyası var və bizim hər birimiz bu konsepsiyaya uyğun şəkildə fəaliyyətimizi qurmalıyıq. Müsabiqələrdə də belə olmalıdır. Jurnalistlər özləri istədikləri mövzunu seçərək, həm də yazılarına yaradıcılıq müstəvisindən yanaşmalıdırlar".
Millət vəkili çıxışının sonunda qarşıdan gələn bayramlar münasibəti ilə qalib media işçilərini təbrik etdi.
Daha sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov nitqində bildirdi ki, KİVDF-nin yaradılmasınn özü Azərbaycan jurnalistikasının inkişafıba bir stimul verib: "Çünki KİVDF yaranarkən, əsas məqsəd inkişaf idi. Bu gün dövlətimiz ölkənin media strukturlarına yardımlar ayırır. Məhz bu amilin özü deməyə əsas verir ki, dövlətimiz də jurnalistikanın tərəqqisində maraqlıdır".
Mətbuat Şurasının sədri həmçinin bildirdi ki, müsabiqədə mövzular çoxluq təşkil edir və qaydalarla bağlı müəyyən sərtliklər də var: "Lakin bu sərtlik jurnalistlərin seçdikləri mövzulara daha diqqətlə yanaşmalarını, yazılarının keyfiyyətli olmasını təmin edir".
Sonra çıxış edən media ekspertləri də öz növbələrində öz tövsiyələrini və fikirlərini jurnalsitlərə çatdırdılar. Eyni zamanda, jurnalistlərin də təklifləri KİVDF rəhbərliyi tərəfindən dinlənildi.
Çıxışlardan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirildi. Qaliblərə KİVDF tərəfindən təsis olunmuş diplomlar təqdim olundu.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB