ATGTİ-nin “İnformasiya Texnologiyaları Evi” yeni loqosunu təqdim edib
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "İnformasiya Texnologiyaları Evi" Mərkəzi yenilənmiş loqosunu və yeni fəaliyyət istiqamətlərini təqdim edib. SİA-nın məlumatına görə, loqo qloballaşan dünyada informasiya və kommunikasiya texnologiyalarının (İKT) zəruriliyini bir daha vurğulayır, onların bir mexanizm olduğunu diqqətə çatdırır. Mərkəzin ATGTİ-nin tərkibində fəaliyyət göstərməsi də yeni loqoda öz əksini tapıb (göy, qırmızı və yaşıl xəttlər).
Yenilənmiş fəaliyyətində "İnformasiya Texnologiyaları Evi" Mərkəzi gənclər üçün yeni İKT təlimləri təqdim edəcək, onları bu və ya digər komputer sistemləri ilə yaxından tanış edəcək.
Xatırladaq ki, bu mərkəz 2011-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman, Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin dəstəyi ilə ATGTİ-nin tərkibində fəaliyyətə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB