DTGB-nin XVI qurultayında ölkəmiz və ümumilikdə türk dünyası üçün önəmli qərarlar qəbul edilib FOTOLAR

DTGB-nin XVI qurultayında ölkəmiz və ümumilikdə türk dünyası üçün önəmli qərarlar qəbul edilib FOTOLAR

"XVI qurultayda ölkəmiz və ümumilikdə türk dünyası üçün önəmli olan bir çox qərarlar qəbul edilib." Bunu SİA-ya DTGB-nin sədr müavini Elşad Abdullayev Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Dünya Türk Gəncləri Birliyinin dekabrın 10-14-də Türkiyənin İstanbul şəhərində keçirilən XVI qurultayı haqqında danışarkən deyib.

Əsasən Avropa və Asiyanın 20 ölkəsindən 30 türk xalq və icmalarından, 5 beynəlxalq gənclik təşkilatlarından ümumi olaraq 34 nümayəndəlik və130 nəfərin iştirak etdiyini qeyd edən DTGB-nin sədr müavini bildirdi ki, əvvəlki qurultaylardan fərqli olaraq XVI qurultayda ilk dəfə olaraq İngiltərədən və artıq uzun illərdir DTGB-nin qurultaylarına qatılmayan Hollandiya və Almaniyadan olan türklərin qurultaya qatılması və fəal iştirakı artıq Dünya Türk Gəncləri Birliyinin türk dünyasını birləşdirən və bir araya gətirən birlik olmasını göstərir. Qurultayda həmçinin monqol dilli xalqlardan kalmukiyanı, finuqor dilli xalqlardan mari el və komini təmsil edən nümayəndələr iştirak ediblər. Əvvəlki qurultaylardan fərqli olaraq XVI qurultayda müzakirə və görüşlər komissiyalarda deyil panellər və qisa konfranslar şəklində, sektorlara gorə keçirilib.

Qurultay çərçivəsində dekabrın 12-də Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Qurultay iştirakçıları Ümummilli Liderin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən video və fotolar nümayiş etdirilib. Tədbirdə çıxış edən Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə Ulu Öndər Heydər Əliyevin tək Azərbaycan xalqı deyil, bütün türk dünyası üçün böyük şəxsiyyət, Ulu Öndər olduğunu qeyd edib. Ümummilli Lider Heydər Əliyev hər zaman türk xalqlarının birliyini, əməkdaşlığını dəstəkləyir, türk dünyasının vacibliyini dərk edərək çıxışlarında həmişə bunu vurğulayırdı. Daha sonra Tatarıstandan gəlmiş jurnalist Qabdulbarı Davletqarayev və digər çıxış edənlər Ulu Öndərin keçdiyi şərəfli həyat yolundan söz açıblar.

Qurultay gedişində panellər üzrə keçirilən konfransların xüsusilə əhəmiyyət kəsb etdiyini vurğulayan Elşad Abdullayev tək iştirakçıların deyil, həmçinin digər insanların da bu konfranslarda iştirak etdiyini qeyd edib. 2013-cü ildə DTGB-nin təşkilatçılığı ilə yaranan "Avrasiya Gənc İş Adamları Dərnəyinin" keçirdiyi konfransda qurultay iştirakçılarından əlavə müxtəlif iş adamları dərnəklərindən 50-dən çox türk iş adamının da bu konfransa qatılması qurultaya və ümumilikdə bu birliyə olan böyük maraqdan xəbər verir.

2004 cü ildə Ruminiyada əsası qoyulan "Gənc Türk Jurnalistlər Birliyi" türk jurnalistləri və media nümayəndələrinin iştirakı ilə konfrans keçirdi. Konfransda türk dövlətlərində və türklərin yaşadığı ölkələrdə fəaliyyət göstərən jurnalist və media işçilərinin daha sıx əməkdaşlıq etmələri, problemləri və digər mövzularda müzakirələr aparılaraq müəyyən qərarlar qəbul edilib.

Qurultayın son günündə iştirakçıların rəy və təklifləri müzakirə olunaraq müəyyən qərarlar qəbul edildi. Daha sonra Dünya Türk Gəncləri Birliyinə yeni sədr seçilməsiylə bağlı səsvermə nəticəsində, DTGB-nin hazırkı sədri Əkrəm Abdullayevi yekdilliklə Dünya Türk Gəncləri Birliyinə 3-cü dəfə sədr seçilib. Mühüm qərarlardan biri 2015-ci ildə qondarma "erməni soyqırımına" qarşı mübarizə və Qarabağ həqiqətlərini dünyaya tanıtmaq üçün media kampaniyaya başladılması oldu. Kampaniyanın hansı formada və necə keçiriləcəyi üzərində iş aparıldığını bildirən Elşad Abdullayev bu haqda gələcəkdə geniş məlumat veriləcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə