Şahin Seyidzadə: “İnanıram ki, biz bu planlara və məqsədlərimizə nail olacayıq” AÇIQLAMA

Şahin Seyidzadə: “İnanıram ki, biz bu planlara və məqsədlərimizə nail olacayıq” AÇIQLAMA

"Hər il olduğu kimi, 2015-ci ildə də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) planlarları mövcuddur". Bunu SİA-ya ARGTMŞ-nın sədri Şahin Seyidzadə şuranın gələn il üçün nəzərdə tutulan planlarından danışarkən deyib.

ARGTMŞ sədrinin sözlərinə görə, şura 2015-ci ildə 3 istiqamət müəyyənləşdirib: "Birincisi, 2015-ci ildə ARGTMŞ-nın 20 illiyi qeyd olunacaq. Gələn il "20 il" şüarı altında müxtəlif tədbirlər həyata keçirəcəyik. İkinci, Avropa Gənclər Forumunun 47 ölkəsindən 300 nümayəndənin 99-a yaxın təşkilatı Bakıya gələcək. Bu Forum 2015-ci ilin noyabr ayında baş tutacaq. Təbii ki, bu da ARGTMŞ-nın, gənclər siyasətinin növbəti uğurudur. Üçüncü isə bizim təşəbbüsümüzə əsasən yerli gənclər gənclər layihəsidir ki, bu da xüsusilə kəndlərdə yaşayan gənclər üçün imkanların yaradılması və təlimlərin aparılmasıdır. Bu, artıq paytaxtda, rayon mərkzələrində deyil, rayon ətrafından kənarda olan kəndlərdə oranın gənclərinin inkişafına təkan verəcək. Təbii ki, həm yerli, həm də beynəlxalq səviyyədə planlar çoxdur. İnanıram ki, biz bu planlara və məqsədlərimizə nail olacayıq. Beləcə gənclər təşkilatlkarının, gənclər siyasətinin inkişafına öz töhfəmizi verə biləcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə