Nazir müavini: “Sumqayıt Gənclər Mərkəzi 2015-ci ilin yanvar-fevral aylarında açılacaq” AÇIQLAMA

Nazir müavini: “Sumqayıt Gənclər Mərkəzi 2015-ci ilin yanvar-fevral aylarında açılacaq” AÇIQLAMA

"2015-ci ilin yanvar-fevral aylarında Sumqayıtda Gənclər Mərkəzininin açılışı nəzərdə tutulur". Bunu SİA-ya Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev Sumqayıtda açılması planlaşdırılan Gənclər Mərkəzinin fəaliyyətindən danıaşrkən deyib.

İntiqam Babayevin sözlərinə görə, artıq Gənclər Mərkəzininin açılışı üçün bütün işlər başa çatıb: "Gənclər Evləri"nin məramı ondan ibarətdir ki, rayon və şəhərlərimizdə gənclərin bir araya gələrək müxtəlif tədbirlərin keçirilməsi, öz aralarından gəncləri maraqlandıran problemlərin müzakirə edilməsi, asudə vaxtının daha səmərələi təşkili üçün bir məkan olsun. Bizim kriteriyalara əsasən "Gənclər Evləri"ndə bu funksiyalar öz əksini tapmalıdır. Beləki bu mərkəzlərdə vətənpərvərlik tərbiyəsi ilə bağlı, dil, kompyuter bilikləri, internet otaqları, eləcə də müxtəlif tədbirlərin keçirilməsi üçün zal olmalıdır və s. Binanın quruluşu, həcmi və yaxud da görünüşü hər bir rayon və şəhərdə fərqlidir. Çünki, bunun üzərində müxtəlif şirkətlər və dizaynerlər işləyir ki, bu da belə olmalıdır. Bu mənada Sumqayıtda açılacaq "Gənclər Evi" böyük mərkəzlərdən biri olacaq. Burada tam müasir standartlara cavab verən infrastruktur mövcuddur. Bu mərkəzlər bir növ gənclərimiz üçün inşa olunur".

Nazir müavini deyir ki, gənclərdən istəyimiz odur ki, bu qapılar heç bir zaman bağlı olmasın: "Gənclərimiz orada olsunlar, iştirak etsinlər, müxtəlif dərnəklərdə, klublarda, eləcə də tədbirlərin keçirilməsində fəal olsunlar. Biz onlar üçün bütün şəraiti yaratmağa hazırıq. Hazırda bizim 30-dan artıq rayon və şəhərimizdə "Gənclər Ev"ləri və yaxud Gənclər Mərkəzləri mövcuddur. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev Daşkəsən rayonunda gənclərimiz üçün istirahət və tədris mərkəzinin açılışında iştirak etdi. Təbii ki, o, daha geniş bir layihədir. Çünki, onun mehmanxanası və digər infrastrukturu da var".

Bütün xəbərlər Facebook səhifəmizdə