Nə üçün bayramı xarici ölkələrdə keçirməyə üstünlük veririk? AÇIQLAMA
Artıq 2015-ci ilə sayılı günlər qalıb. İnsanlar hər dəfə yeni ili fərqli şəkildə qeyd etmək istəyir. Bu il daha çox nəzərə çarpan fərqlərdən biri yeni ilin xarici ölkələrdə qeyd edilməsidir. Əslində, bu, yeni adət deyil, amma öncəki illərə nisbətən bu il bayramı xaricdə qeyd etmək istəyənlər daha çoxdur. Bu qonnşudan geri qalma prinsipidir, yoxsa müasir dövrün tələbidir?
Bununla əlaqədar olaraq millət vəkili Musa Quliyev SİA-ya açıqlama verib. Bildirib ki, insanlar yeni ildə fərqli məkanlar görmək, gəzmək istəyirlər. Bunu görə də xarici ölkələrə gedirlər: "Sevindirici haldır ki, vətəndaşlarımız hər bayramı ölkə xaricində qeyd edirlər. Xarici ölkələrdə bayramı qeyd etmək təbii ki, vətəndaşlarımızın imkanından asılıdır. İstirahətlə birlikdə vətəndaşlarımız olduqları məkanda müalicə ala, alış-verişlə məşğul ola bilərlər. Bu da təbii ki, insanın zövqü və maddi durumunun yaxşı olması ilə bağlıdır. Bəzi vətəndaşlarımız var ki, bayramı ölkəmizdə keçirməyə üstünlük verirlər. Əsas odur ki, bu gün Azərbaycan vətəndaşının imkanı var ki, bayram günlərində istər ölkə daxilində, istərsə də xaricdə istirahət edib xoş əhval ruhiyyə ilə bayramı qarşılasın. Onu da deyim ki, bəzən ailələr banklardan pul götürüb istirahətə yollanırlar. Bu çox anormal hadisədir. Düşünürəm ki, yalnız çox vacib zəruri ehtiyacları yaranar və qısa müddətə onu qaytarmaq imkanı varsa kredit götürmək olar. Ancaq kredit götürüb istirahətə yollanırlarsa mən bunu heç bir məntiqə uyğun hesab etmirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB