Dekabrın 22-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) "Kütləvi informasiya vasitələrivə təhsil dialoqu, yeni çağırışlar" mövzusunda treninq-məşğələ keçirilib. AMİ-dən SİA-ya verilən xəbərə görə, treninqdə AMİ-nin Mətbuat və informasiya şöbəsinin əməkdaşları, TGT-nin sosial şəbəkələrlə iş departamentinin, mətbuat və informasiya şöbəsinin əməkdaşları, Ağcabədi, Cəlilabad, Mingəçevir, Qazax, Quba, Salyan, Şamaxı, Şəki, Zaqatala, Sumqayıt filiallarının mətbuat və informasiya üzrə koordinatorları iştirak ediblər.
Treninqi giriş sözü ilə açan Azərbaycan Müəllimlər İnstititunun Tədris işləri üzrə prorektoru Razim Məmmədov qonaqları salamlayaraq sözü AMİ-nin Mətbuat və İnformasiya şöbəsinin müdiri Nurəddin İbrahimova verib.
N.İbrahimov AMİ-nin fəaliyyəti haqqında ictimaiyyətə və kütləvi informasiya vasitələrinə məlumatların operativ və sistemli şəkildə çatdırılmasından, institut və onun filialları arasında informasiya mübadiləsinin təmin edilməsindən, media ilə səmərəli əməkdaşlığın qurulmasıdan, həyata keçirilən layihələrdən ətraflı məlumat verib.
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTac) Elm və təhsil xəbərləri şöbəsinin müdiri Kifayət Əliyeva "Kütləvi informasiya vasitələri və Mətbuat şöbələri arasında əməkdaşlıq və məlumatların toplanmasında dəqiqlik və operativlik", Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu "Mediyada qeyri peşəkarlıq problemləri" mövzularında məruzələr ediblər.
Sonda fikir mübadiləsi aparılıb, bir sıra suallar cavablandırılıb, dinləyicilər belə treninqlərin artırılmasını arzu etdiklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB