Mixail Lermantovun 200 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib

Mixail Lermantovun 200 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib

Bu gün Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə görkəmli rus şairi və dramaturqu Mixail Lermantovun 200 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Mikayıl Cabbarov, "Lermantov İrsi" Assosiasiyasının prezidenti Mixail Lermantov, Rusiya Elmlər Akademiyası rəyasət heyətinin üzvü, akademik Aleksandr Kudelin, Rusiya Elmlər Akademiyasının müxbir-üzvü, Rus Ədəbiyyat İnstitutunun direktoru, Vsevolod Baqno, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, millət vəkilləri, Azərbaycan və Rusiyadan qonaqlar iştirak edib.

"Mixali Lermantovun yaradıcı irsi dünya mədəniyyətinin tərkib hissəsi kimi" mövzusunu əhatə edən dəyirmi masanı giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Heydər Əliyev Fondunun dünyada həyata keçirdiyi fəaliyyətindən bəhs edib: "Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri olaraq Leyla Əliyevanın təşəbbüsü ilə müntəzəm surətdə mədəni və humanitar tədbirlər həyata keçirilir".

Rusiyadan gələn qonaqları qonaqpərvər Azərbaycan torpağında görməkdən məmnun olduğunu dilə gətirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında deyib ki, Azərbaycanda daim Rusiyanın mədəni həyatında baş verən hadisələrə diqqət yetirilib: "Ədəbiyyat, musiqi, teatr, memarlıq kimi sahələrdəki fəaliyyətləri hər hansı bir dövlət mənsubiyyətinə görə bölmək düzgün deyil. 20 ildir Azərbaycan müstəqil dövlətdir. Bununla belə biz son iki yüz il ərzində əldə etdiyimiz mədəni köklərimizi qorumaqdayıq. Bu gün rus ədəbiyyatı, dili yenə də Azərbaycan məktəblərində tədris olunmaqdadır. Mixail Lermantovun şeriləri də azərbaycanlılar tərəfindən sevilə-sevilə oxunmaqdadır. Çünki, mədəniyyət hüdud tanımır. Mixail Lermantovun yaradıcılığında Qafqaz xatirələri dərin iz buraxıb. Mixail Lermantov dünya ədəbiyyatında böyük bir fenomendir ki, bütün nəsillərin ona bənzəmək istəyini özündə təcəssüm etdirir".

Daha sonra çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda rus dilində tədbir aparılan təhsil müəssisələrinin sayı çoxluq təşkil edir: "Bu gün Azərbaycanda dahi rus şairi Mixail Lermantovun 200 illik yubileyinə həsr olunan tədbirlər silsiləsi davam edir. Bununla əlaqədar Təhsil Nazirliyi müsabiqə keçirib. Bu axşam müsabiqənin qalibləri elan olunacaq.

Rusiya Elmlər Akademiyası rəyasət heyətinin üzvü, akademik Aleksandr Kudelin Mixail Lermontovun yaradıcılığından bəhs edib.

Dəyirmi Masa digər iştirakçıların çıxışları ilə yekunlaşıb.

Yubiley tədbiri çərçivəsində bu gün Heydər Əliyev Mərkəzində Mixail Lermontova həsr olunan bədii-musiqili gecə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə