Elektron hökumət quruculuğunda müsbət irəliləyişlər mövcuddur

Elektron hökumət quruculuğunda müsbət irəliləyişlər mövcuddur

Bu gün "Şəffaflıq Azərbaycan" Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi "Elektron Xidmətlər və Elektron Hökümət İnfrastrukturunun Qiymətləndirilməsi" hesabatını geniş ictimaiyyətə təqdim edib. Təqdimat mərasimini Şəffaflıq Azərbaycan Təşkilatının İcraçı Direktoru Rəna Səfərəliyeva açaraq qeyd edib ki, hesabatda elektron xidmətlərlə bağlı vəziyyət obyektiv şəkildə əks olunub. O, hesabatın hazırlanmasında birbaşa müsahibələrdə iştirak edən dövlət qurumlarının hər birinə təşəkkür edib.

Daha sonra tədbirdə çıxış edən "Şəffaflıq Azərbaycan" təşkilatının layihə koordinatoru Məhəmməd Muradov monitorinqin nəticələrini iştirakçılara təqdim edib. M. Muradov qeyd edib ki, monitorinq zamanı vətəndaş və biznes sektoru üçün əhəmiyyət kəsb edən 30 elektron xidmətin monitorinqi prioritetləşdirilib: "Hər bir elektron xidmət üzrə monitorinq – elektron prosedur məlumatlandırılması, elektron müraciət və nəhayət dövlət xidmətinin elektron çatdırılması kimi əsas səviyyələr əsasında aparılıb. İnformasiya mərhələsində olan xidmətlərin əksəriyyəti sosial istiqamətli elektron xidmətlərdir, halbuki biznes sektoru ilə bağlı elektron xidmətlər nisbətən yaxşı inkişaf edib".

Sonda Məhəmməd Muradov vurğulayıb ki, elektron hökumət çərçivəsində daşınmaz əmlak və torpaq kadastrı üzrə informasiya sistemlərinin inkişafı, eləcə də elektron xidmətlərin göstərilməsində Vergilər Nazirliyinin AVİS informasiya sistemində olan kommersiya məlumatlarının digər dövlət qurumları ilə mübadiləsi məqsədəuyğun olardı.

Bütün xəbərlər Facebook səhifəmizdə