Fərhad Hacıyev: “İndiyəcən 1865 layihə həyata keçirilib” Açıqlama
"3 il sizinlə birliktə tez keçdi. Cənab prezidentimizin dəstəyi bizim işimizdə çox böyük rol oynayıb. Gənclər siyasətini ölkəmizdə Ulu Öndər təsis edib". SİA-nın məlumatına görə, bu sözləri bu gün Azərbaycan Gənclər Fondunun 3 illiyi ilə bağlı keçirilən tədbirdə Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib. O, Azərbaycanın müstəqilliyini tam bərpa etdiyi ilk günlərdən gənclərə göstərilən dəstək və dəyərdən danışıb: "Ulu öndər ikinci dəfə Azərbaycana hakimiyyətə gəldikdə ilk qurduğu nazirliklərdən biri də Gənclər və İdman Nazirliyi olmuşdur. Gənclərin potensialının dövlət tərəfindən inkişaf etdirilməsi məsələsi ortaya qoyulmuşdur. Cənab prezident tərəfindən 2 dövlət proqramı həyata keçirilməktədir. Bu proqramlardan biri də Gənclər Fondudur. 2 il ərzində prezidentlə 5 dəfə görüşümüz olub. Bu görüşlərin birində prezidentimiz vurğulayıb ki, Gənclər Fondu yaradılmalıdır. Prezident yanında bir çox fondlar mövcuddur. Bu fondlardan gənclərimiz də yararlana bilərlər. Bütün gənclərimiz adından cənab prezidentimizi ad günü münasibətilə təbrik edirəm".
Daha sonra isə Fərhad Hacıyev Azərbaycan Gənclər Fondunun yaradıldığı vaxtdan günümüzə qədər gördüyü işlərin statistikasını səsləndirib: "1100 günlük fəaliyyətimiz olub. Layihələrimiz kategoriyalara bölunərək qəbul edilib. Burada yerli və beynəlxalq layihələr olub. Daha çox fərdi təşəbbüslər dəstəklənib. Sonuncu kategoriya isə Ermənistan – Azərbaycan arasında Dağlıq Qarabağ məsələsinə aid edilib. Birinci qrant müsabiqəsində 165 layihə üçün müraciət edilib. Bunların 129-u dəstəklənib. İkinci qrant müsabiqəmizdə 387 layihə təqdim olunub. Bunlardan 170-i qəbul edilmişdir. 3-cü qrant müsabiqəsində 421 layihə təklif olunub. Bunlardan 381 layihə dəstəklənib. 4-cü qrant müsabiqəsi isə sırf fərdi layihələrə həsr edilib. Müraciət edilən 669 layihənin 391 – i qəbul edilib. 5-ci qrant müsabiqəsində isə 1068 layihə müraciət edib. 6-cı müsabiqədə 1248 layihə üçün muraciət edilib. Bunların 408 – i həyata keçirilib. Ümumi müraciətlər 3954 olub. 1865 layihə həyata keçirilib. Bundan başqa, 125 gənc beynəlxalq tədbirlərə səfər qrantı əldə edib. Bu günə qədər həyata keçirilən layihələrdə 2633 gənc əmək haqqı alıb. 61 səhifə, portal üçün layihəyə qrant verilib. 1 milyon 439 min 378 kitab, buklet, broşur və s.kimi çap işlərinə dəstək verilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB