Gəncədə nikahların sayı azalıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu ilin arxada qalan dövrü ərzində Gəncənin Kəpəz və Nizami rayonları üzrə ümumilikdə 1849 nikah bağlanıb ki, bu da ötən ilin göstəricisindən 39 hal azdır. Boşanmalara gəlincə, şəhər üzrə ötən il 586 ailənin nikahı pozulubsa, cari ilin bu gününə olan göstərici 527-dir. Qeydiyyat şöbələrindən bildirilir ki, bir çox hallarda yeni nikaha girən şəxslərin sonradan ayrılmaq barədə verdikləri qərar tərəflərdən hər hansı birinin sağlamlıq vəziyyəti ilə bağlı olur. Mütəxəssislərin fikrincə, bir neçə gün öncə ölkə başçısının sərəncamı ilə Ailə Məcəlləsinə edilən dəyişikliklərdən sonra nikahın pozulması halları bir qədər də azalacaq. Belə ki, ailə quranların tibbi yoxlamadan keçirilməsi məcburi olacaq.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB