Qanunu pozan abonentlər həbs olunacaq? FOTO

Qanunu pozan abonentlər həbs olunacaq? FOTO

Gəncədə qaz pulunu ödəməyən və qanunsuz olaraq qoşulmalar edən abonentlərə qarşı mübarizə tədbirləri davam etdirilir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, aparılan mübarizə tədbirlərinə baxmayaraq, mavi yanacaqdan oğurluq halları davam edir. Gəncədə qaz təsərrüfatı əməkdaşlarının keçirdikləri yoxlamalar bunu bir daha təsdiqləyir. Bəzi abonentlərin rezin borular vasitəsilə qaz xətlərinə və sayğaclara müdaxiləsi halları qeydə alınıb. 10-dan artıq abonentin mənzilində qanun pozuntusu aşkarlandığından, onlara qarşı aktlar tərtib olunaraq mənzillərə mavi yanacağın verilişi dayandırılıb. Reydlər abonentlərin texniki təhlükəsizlik qaydalarına da riayət etmədiklərini üzə çıxarıb. Eləcə də debutor borcu olanlara xəbərdarlıq edilib.

Gəncə Qaz İstismarı Sahəsindən verilən məlumata görə, 74 min 682 abonentin 963 min manat borcu yığılıb. Qərara alınıb ki, yoxlamalar gecə saatlarında da həyata keçirilsin və qanunu pozan abonentlər barədə məlumatlar toplanaraq hüquq mühafizə orqanlarına təqdim edilsin.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə