Özbəkistanda keçirilən parlament seçkiləri ilə əlaqədar Azərbaycanda yaşayan və çalışan, eyni zamanda ezamiyyətdə, ya da turist səfərində olan özbək vətəndaşlarına da səs vermək üçün bütün şərait yaradılıb. SİA xəbər veirr ki, Bakıda səs verən Özbəkistan seçicilərinin sayı 150 nəfər müəyyən edilib.
Bakıdakı seçki məntəqəsində namizədlər barədə məlumatlar stendlərə yerləşdirib. Eyni zamanda seçicilərin təhlükəsizliyi üçün də hər cür şərait yaradılıb.
Özbəkistan parlamentinə keçirilən seçkilərlə bağlı məntəqə Bakı vaxtı ilə saat 20 :00-a qədər açıq olacaq. Özbəkistanlı seçicilər səs vermək üçün Özbəkistan vətəndaşlığını təsdiq edən pasportla məntəqəyə yaxınlaşmalıdırlar.
Son məlumata görə, saat 6:00-da açılan məntəqədə saat 13:00-a qədər 115 nəfər Özbəkistan vətəndaşı səs verib ki, bu da seçicilərin 70 fazisini təşkil edir.
Qeyd edək ki, seçki məntəqəsi Özbəkistanın Azərbaycandakı səfirliyində yaradılıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB