ATGTİ “Təhsil Açarı” mükafatına layiq görülüb FOTO

ATGTİ “Təhsil Açarı” mükafatına layiq görülüb FOTO

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) cari ilin 19 dekabr tarixində "Mənim Təhsilim, Mənim Gələcəyim" kampaniyası çərçivəsində keçirilmiş Gənclərin Maarifçilik Forumunda Azərbaycan gənclərinin maarifləndirilməsi istiqamətində göstərdiyi fəaliyyətə görə "Təhsil Açarı" mükafatına layiq görülüb. SİA-nın məlumatına görə, mükafatı Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Gənclər üçün Təhsil Mərkəzi adından Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev ATGTİ-nin icraçı direktoru Şəmsi Gülverdiyə təqdim edib.

Xatırladırıq ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatları və "Xəzər" Universitetinin Tələbə Məclisi də mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə