Bu gün Azərbaycanın Gənclər Paytaxtı Quba şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzvlərinin növbəti Məclisi keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə Yetərsay və gündəlik təsdiq olunacaq.
İclasda Quba şəhər İcra hakimiyyətinin başçısı Mübariz Ağayev, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, ARGTMŞ-nın sədri Şahin Seyidzadə, ARGTMŞ-nın Baş katibi Seymur Hüseynov və digərləri iştirak edəcək.
Məclisdə ARGTMŞ-nın fəaliyyəti üzrə hesabatı və sosioloji sorğunun nəticələləri açıqlanacaq. Bununla belə tədbirdə ARGTMŞ-a yeni üzvlərin qəbulu keçiriləcək və cari məsələlər müzakirə olunacaq.
Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB