Ölkəmizdə Azərbaycan alimlərinin I qurultayının keçirilməsi dövlətimiz tərəfindən elmin inkişafına göstərilən diqqət və qayğısının bariz nümunəsidir. Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, "Şöhrət" ordenli Elmira Ramazanova söyləyib.
Alim bildirib ki, ölkəmizdə elm sahəsində çalışan insanlar daim dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunurlar. Qurultay elmimizin dünyada tanıdılması, azərbaycanlı alimlər arasında qarşılıqlı münasibətləri inkişaf etdirmək, gənclərin elmə cəlb edilməsi baxımından böyük əhəmiyyət daşıyır.
E.Ramazanova elmimizin hərtərəfli inkişafı, təbliği və ümummilli əhəmiyyətə malik elmi problemlərin müzakirəsi məqsədi ilə Azərbaycan alimlərinin qurultayının iki ildən bir keçirilməsinin vacibliyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB