Seçiciləri YAP-ın namizədlərinə etimad göstərəcək FOTOLAR

Seçiciləri YAP-ın namizədlərinə etimad göstərəcək FOTOLAR

Astara

Bələdiyyə seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının Seçki Qərargahının üzvləri təbliğat-təşviqat kampaniyası çərçivəsində son görüşünü şəhər seçiciləri ilə keçirmişdir.

Görüşdə iştirak edən YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyası arenasında özünəməxsus yer tutduğunu bildirib. Seçkilərlə əlaqədar partiyanın həyata keçirdiyi işlərdən geniş söhbət açaraq Azərbaycanda gerçəkləşdirilən iqtisadi inkişafda bələdiyyələrin də böyük rol oynadığını vurğulayıb.

Görüşdə çıxış edən YAP fəalları Fuad Səmədov, Azər Abdullayev və Təranə Qurbanova 23 dekabrda YAP-ın namizədlərinə etimad göstərəcəklərini bildirdilər.

Füzuli

Dekabrın 19-da YAP Füzuli rayon təşkilatının Seçki Qərargahının üzvləri bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Kərimbəyli kəndində seçicilərlə növbəti görüşünü keçirdilər. Görüşdə YAP Füzuli rayon təşkilatının Qərargah üzvləri, namizədlər iştirak edirdilər. Partiyanın rayon təşkilatının sədr müavini Rəfael Zülfüqarov çıxış edərək rayon təşkilatının seçkilərdə uğur qazanacağına inandığını bildirdi. Onun sözlərinə görə, hazırda namizədlərin hər biri haqqında seçicilərə dolğun məlumat vermək üçün yaradılmış Seçki Qərargahının üzvləri fəallıqlarını davamlı olaraq artırırlar.

YAP fəalı Rafiq Səmədov görüşdə çıxış edərək bu seçkilərdə qadınlara və gənclərə üstünlük verildiyini bildirdi. Onun sözlərinə görə, bu amil həm gender bərabərliyinin, həm də partiyanın gənclərə olan diqqətinin nümunəsidir.

Bildirdi ki, cəmiyyətin strukturlarından biri kimi bələdiyyələrin bu inkişafda, ərazilərdə aparılan yenidənqurma və abadlıq işlərində önəmli payı var. Artıq bələdiyyə idarəçiliyi sistemində kifayət qədər irəliləyiş var və müəyyən təcrübə toplanılmışdır.

Bələdiyyə üzvlüyünə namizəd Bayram Məmmədov çıxışında vurğuladı ki, hüquqi bazası möhkəmlənmiş, nüfuzu artmış, bələdiyyələrə əhalinin inamı çoxalmışdır.

Görüşdə digər namizəd Zahid İmanov seçicilərə YAP-ın namizədlərini dəstəkləməyə çağırdı.

Qəbələ

Dekabrın 19-da YAP Qəbələ rayon təşkilatının təşəbbüsü ilə təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon gəncləri ilə görüş keçirilib.

YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov partiyanın seçki hazırlığından, bələdiyyələrin fəaliyyətindən danışaraq bildirib ki, bu ilki seçkilərdə partiyanın rayon təşkilatı tərəfindən irəli sürülən namizədlərin 128-i gənclərdən ibarətdir. Bu da partiyanın gənclərə göstərdiyi böyük etimaddan irəli gəlir.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal təbəqə kimi iştirak etdiyindən onlar ölkədə mədəniyyət, elm və idman sahəsində inamla irəliləyir. Gənclər Yeni Azərbaycan Partiyasının sıralarında çoxluq təşkil etməklə partiyanın patensialının daha da möhkəmlənməsi üçün zəmin yaradırlar.

YAP İcra Katibliyinin məsul əməkdaşı Emil Abasov gənclərin cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edərək, yüksək intellektə malik olan, dünyagörüşlü gənc nəslin formalaşdığını bildirib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası daim gənclərə qayğı göstərir. E.Abasov qarşıdan gələn bələdiyyə seçkilərində gəncləri rifah və quruculuq naminə səs verməyə çağırıb.

Tədbirdə çıxış edən gənclər Ramilə Fazilli, Malik Rəşidov, Aytəkin Əhmədova, Könül Kərimova, Səadət Səmədzadə və Pərvin Mahmandarlı ulu öndər Heydər Əliyev ideyalarının gənclərin qəlbində önəmli yer tutduğunu, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıblar.

Hacıqabul

Dekabrın 18-də YAP Hacıqabul rayon təşkilatının Seçki Qərargahının üzvləri bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasını rayonun Nəvahi kəndində də davam etdiriblər.

Görüşə kəndin ziyallıları, ağsaqqalları olmaqla onlarla seçici qatılmışdı.

Görüşdə çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov bildirdi ki, bütün seçkilərə təkmil proqramlarla gedən YAP milyonların partiyası olduğunu əməli fəaliyyəti ilə doğruldaraq xalqla həmrəylik və birlik nümayiş etdirir. Xüsusən kampaniyanın imzatoplama və sonrakı mərhələsində mütəşəkkilliklə iştirak edən seçicilərin fəallığı partiyamıza inamın təzahürüdür.

Seçki qərargahının üzvü, YAP Hacıqabul rayon təşkilatının İdarə heyətinin üzvü Məhəmməd Mirzəyev bildirdi ki, ötən siyasi kampaniyalarda olduğu kimi yerli özünüidarəetmə orqanlarına namizədliyi irəli sürülən partiya üzvlərimiz, fəallarımız, xüsusilə gənclərimiz siyasi hazırlıq nümayiş etdirirlər. Bu, imkan verir deyək ki, seçkidə namizədlərimizin qələbəsi şəksizdir.

Seçki Qərargahının üzvü, YAP Hacıqabul rayon təşkilatının aparat rəhbəri İsmayıl İbrahimov çıxışında vurğuladı ki, minlərlə üzvü olan YAP Hacıqabul rayon təşkilatı bütün siyasi kampaniyalarda olduğu kimi yerli özünüidarəetmə orqanlarına seçkilərə də mütəşəkkilliklə başlayıb. Təbliğat kampaniyasında bir nəfər kimi iştirak edən fəallarımız birlik və həmrəylik nümayiş etdirərək vahid mövqedən çıxış edir, namizədlərinin qələbəsi üçün təşviqat kampaniyasını səmərəli təşkil edirlər.

Görüşdə YAP-ın namizədləri çıxış edərək partiyanın onlara göstərdiyi etimadı doğruldacaqlarına söz verdilər.

Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatı namizədliyi irəli sürülmüş gənclərlə və ilk dəfə səs verən seçicilərlə geniş tərkibdə görüş keçirib. Görüşdə YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP Mərkəzi aparatının məsul əməkdaşı Ramil Mirzəyev, YAP Hacıqabul təşkilatının sədri Hafis Bəşirov iştirak ediblər.

Tədbiri YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov açaraq bələdiyyə seçkiləri ilə əlaqədar görülmüş işlər barədə ətraflı məlumat verdi. Həmçinin qarşıdan gələn bələdiyyə seçkilərinin siyasi-hüquqi, sosial və mədəni əhəmiyyətindən danışaraq bildirdi ki, bu seçkilərdə gənclərə xüsusi önəm verilib. İnanırıq ki, dekabrın 23-də Hacıqabul seçiciləri ölkənin ən inanılmış YAP-ın namizədlərinə səs verəcəklər.

Təbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü Kərim Kərimov bildirdi ki, Azərbaycan demokratik inkişaf yolunda irəliləyən aparıcı dövlətlər sırasında mühüm yerini tutmaqdadır. Belə ki, ölkəmizdə istər demokratiya, istərsə də vətəndaş cəmiyyəti quruculuğu kifayət qədər inkişaf etmişdir. Bu önəmli tendensiyalar ölkəmizdə keçirilən bütün seçkilərdə özünü göstərməkdədir. Bu baxımdan, YAP-ın bələdiyyə seçkiləri ilə bağlı apardığı işləri təhlil edərkən belə qənaətə gəlmək olur ki, ölkəmizdə keçirilən bütün seçki proseslərində demokratiya faktoru əsas amil kimi qiymətləndirilir. Biz bu ayın 23-də keçiriləcək bələdiyyə seçkiləri barədə məhz həmin fikirləri əsas götürürük. Çünki qeyd edilən amillər bilavasitə bələdiyyələrin uğurlu fəaliyyətinə səmərəli təkan, stimul verir.

Kərim Kərimov qeyd etdi ki, Hacıqabul seçiciləri bu dəfə də partiyamızın namizədlərinə səs verməklə qəsəbələrinin, kəndlərinin inkişafına səs vermiş olacaqlar.

Görüşdə çıxış edən YAP Hacıqabul Gənclər Birliyini sədri Saleh Ələsgərov bildirdi ki, qələbəmiz üçün bütün əsaslar mövcuddur. Çünki Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir. O cümlədən, bölgələrdə abadlıq-quruculuq işləri, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşması, regionların simasının dəyişməsi və digər müsbət amillər insanların həyatında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Ona görə də bir daha tam əminliklə deyə bilərəm ki, bütün bu amillər YAP-ın bələdiyyə seçkilərində istinad edəcəyi ciddi faktlardır. Bu baxımdan, biz gənclər inanırıq ki, YAP növbəti bələdiyyə seçkilərində qələbə qazanaraq yerli özünüidarə orqanlarındakı uğurlu fəaliyyətinə yeni inkişaf tempi gətirəcəkdir.

Görüşdə bələdiyyə üzvlüyünə gənc namizədlər də çıxış etdilər.

Salyan

Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının Seçki Qərargahının üzvləri partiyanın bələdiyyə üzvlüyünə namizədləri ilə gənclərin və ilk dəfə səs verəcək seçicilərin görüşünü keçirib. Dekabrın 18-də gerçəkləşən bu görüşdə YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov, "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev və YAP Mərkəzi Aparatının məsul əməkdaşı Ramil Mirzəyev iştirak edirdilər.

Tədbiri YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov açaraq rayon təşkilatı tərəfindən görülən işlər barədə məlumat verdi. Bildirdi ki, bu seçkilərdə bədəyyə üzvlüyünə gənclərin namizədliklərinin daha çox irəli sürülməsi təbliğat və təşviqat kampaniyasında fəallığı daha da artırmışdır. Ona görə də namizədlərimizin qarşıdan gələn bələdiyyə seçkilərində qələbə qazanacaqlarına əminik.

Görüşdə çıxış edən Bəhruz Quliyev bildirdi ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. Bu seçkidə də qələbəmizi şərtləndirən çox mühüm amillər mövcuddur. O cümlədən gənclər seçkilərdə həm namizəd kimi, həm də seçici kimi fəal olmaqla bələdiyyə seçkilərinin yüksək səviyyədə keçirilməsinə öz töhvələrini verməlidirlər.

B. Quliyev vurğuladı ki, Azərbaycan iqtisadi cəhətdən böyük inkişaf yolu keçərək hazırda dünyanın tanınmış dövlətləri ilə bir sırada addımlayır. Biz inanırıq ki, bu bələdiyyə seçkilərində də seçicilər YAP-ın namizədlərinə səs verməklə, ölkəmizin inkişafına növbəti töhfəsini verəcəklər.

Görüşdə çıxış edən YAP Mərkəzi Aparatının məsul əməkdaşı Ramil Mirzəyev bələdiyyə üzvlüyünə namizədlərə uğurlar arzuladı və bildirdi ki, özünüidarəetmə orqanı olan bələdiyyələrin yaranması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu vətəndaş cəmiyyətinin inkşafını sürətləndirmək üçün çox mühüm vasitədir.

Ramil Mirzəyev qeyd etdi ki, əsas məqsəd bələdiyyə seçkilərində YAP-ın namizədlərinin qələbə qazanması, yerli özünüidarə orqanlarında partiyamızın yüksək təmsilçiliyinin təmin olunmasıdır. Təbii ki, bu qələbə üçün bütün əsaslar mövcuddur. Çünki Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir. O cümlədən, bölgələrdə abadlıq-quruculuq işləri, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşması, regionların simasının dəyişməsi və digər müsbət amillər insanların həyatında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

Görüşdə bələdiyyə üzvlüyünə namizədlər çıxış edərək seçkilərdə qələbəyə nail olacaqlarına əminliklərini ifadə etdilər. Həmçinin görüşdə ilk dəfə səs verən seçicilər Rəfiqə Ağabəyli, Türkan Məlikova, Nərmin Əliyeva çıxış edərək bildirdilər ki, onlar YAP-ın namizədlərinə səs verməklə qəsəbə və kəndlərdəki mövcud inkişafa səs vermiş olacaqlar.

Xətai rayonu

Bələdiyyə seçkilərinə "Rifah və quruculuq naminə" çağırışı ilə başlayan Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının qərargahında yerli özünüidarəetmə orqanlarına namizədlərlə seçicilərin görüşü keçirildi

Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri, partiyanın səlahiyyətli nümayəndəsi Hüseynbala Mirələmov bildirdi ki, dördüncü dəfə keçirilən bələdiyyə seçkiləri siyasi partiyalar üçün növbəti sınaqdır:

- Bələdiyyə seçkilərinə demokratiyanın tələblərinə uyğun hazırlaşan və siyasi kampaniyada mütəşəkkil, vahid qüvvə kimi iştirak edən Yeni Azərbaycan Partiyası növbəti dəfə ümumxalq etimadını qazanacaq. Bunun üçün partiyanın hər bir üzvü fəallıq göstərir. Rayonun ərazisində fəaliyyət göstərən Xətai və Əhmədli kənd bələdiyyəsinə 32 namizəd irəli sürülmüşdür. Onlardan 13 nəfəri qadın, 16 nəfəri gəncdir.

Fəallarımız seçkiləri uğurla başa vurmaq üçün təbliğat-təşviqat mərhələsində demokratiyanın prinsiplərinə ciddi əməl etmiş, ən layiqli namizədlərin qələbəsinin təmin olunması istiqamətində söhbətlər təşkil olunmuşdur.

Görüşdə qeyd olundu ki, bölgədə böyük nüfuza malik, iqtisadi, siyasi qüdrətinə görə seçilən, geosiyasi mövqeyi ilə böyük əhəmiyyət daşıyan, dünya dövlətlərinin enerji təhlükəsizliyinin təminatında əvəzsiz rolu olan Azərbaycanla ən qüdrətli dövlətlər belə hesablaşırlar. Ölkəmizdə çox dinamik inkişaf tempi var. Əldə olunan bütün uğurlar möhkəm təmələ əsaslanan Azərbaycanın daxili və xarici siyasətinin məntiqi ifadəsi, Prezident, YAP Sədri cənab İlham Əliyevin xidmətlərinin nəticəsidir. Təbliğat- təşviqat kampaniyasının əsas məqsədi seçicilərlə görüşlər zamanı ölkədə aparılan quruculuq işləri, insanların rahat yaşamasının təminatı üçün həyata keçirilən sosial islahatların əhəmiyyəti, dövlət siyasəti ilə bağlı əhalini məlumatlandırmaq, artıq təkmilləşən bələdiyyələrin rolu, xidmətləri barədə söhbətlər aparmaqdır. Buna görə də təşkilatımızın hər üzvü və fəalları bu mərhələdə daha yaxından iştirak edir.

YAP Xətai rayon təşkilatı tərəfindən yerli özünüidarəetmə orqanlarına namizədliyi irəli sürülən Ədalət Fərəcov, Könül Əfəndiyeva, Maqsud Nəcəfov, Nərminə Hacıyeva, Rəqsanə Paşayeva , Aliyə Ağrılı, Allahverdi Məmmədov, Rövşən Məmmədov, Pərviz Quliyev, Rauf Qəhrəmanov çıxış edərək platformalarından danışdılar. Qeyd olundu ki, əvvəlki siyasi kampaniyalarda olduğu kimi vətəndaşların YAP-ın qələbəsinə inamı böyükdür. Əlbəttə ki, insanlar tərəfindən bu cür mövqenin ortaya qoyulması səbəbsiz deyil. Çünki Prezident, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dünyanın ən sabit ölkələrindən birinə çevrilib. Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf müşahidə edilməklə bərabər insanların yaşayış səviyyəsi də yüksəlir. Bütün sahələrdə tərəqqi var və bu da öz növbəsində vətəndaşlarımızın arzu və istəklərilə üst-üstə düşür. Ona görə də sakinlər YAP-ın namizədlərini dəstəkləyir və mövcud siyasi kursun, ictimai-siyasi və sosial-iqtisadi sabitliyin davamlı olmasını arzulayırlar". İnanırıq ki, partiyamızın namizədlərinə inam, etimad YAP-ın qələbəsini şərtləndirəcək.

Məqsəd budur ki, kənd və şəhərlərimizin simasının dəyişilməsi üçün dövlətin həyata keçirdiyi islatlarda, infrastruktur layihələrinin yeniləşdirilməsində bələdiyyələr də fəallıq göstərsinlər. Buna görə də etimad qazanacaq partiya üzvləri seçici inamını işləri və əhalinin arzu, təkliflərinə əsaslanan fəaliyyətləri ilə doğrultmalıdırlar.

Görüşdə çıxış edən seçicilər 23 dekabrda Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərəcəklərini bildirdilər.

Zaqatala

Dekabrın 19-da YAP Zaqatala rayon təşkilatının təşəbbüsü ilə təbliğat-təşviqat kampaniyası çərçivəsində Aşağı Tala kəndində seçicilərlə görüş keçirilib.

YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov bələdiyyələrin cəmiyyətimizdə yeri və rolu, o cümlədən dövlətimizin bələdiyyələrə dəstəyi haqqında ümumi məlumat verib. Qeyd edib ki, 23 bələdiyyə üzrə 229 yerin hər birinə partiya üzvlərinin namizədliyi irəli sürülüb. Hər biri ali təhsilli olan namizədlər arasında gənclər və qadınlar üstünlük təşkil edir. H.Qurbanov çıxışında seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıb.

Aşağı Tala kəndindən olan namizədlər İlham Ərəbov, Vüqar Abdurəhmanov, Yuzmila Ağayeva, Abdulsalam Qədirov isə platformaları barədə danışıblar. Daha sonra seçicilər adından şəhid atası Rəcəb Şabanov, Züleyxa Davudova çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində əldə olumuş nailiyyətlər, Azərbaycanın beynəlxalq arenada nüfuzu, bələdiyyələrin fəaliyyəti haqqında məlumat veriblər.

Qeyd edək ki, YAP Zaqatala rayon təşkilatı görüş qrafikinə uyğun olaraq yerlərdə təbliğat işini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə