Mülki müdafiə ilə bağlı tədbir keçirilib

Mülki müdafiə ilə bağlı tədbir keçirilib

Penitensiar Xidmətin Baş idarəsində "Mülki müdafiə 2014-cü tədris ilinin yekunları və 2015-ci ildə qarşıda duran əsas vəzifələr" mövzusunda toplantı keçirilib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, mühafizə texnikası şöbəsi tərəfindən təşkil olunan toplantıda tabe qurumlarda mülki müdafiə sahəsinə rəhbərlik edən və cavabdeh olan əməkdaşlar iştirak ediblər.

Tədbir zamanı mülki müdafiə sahəsində 2014-cü ildə görülmüş işlər və 2015-ci ildə qarşıda duran əsas vəzifələr barədə məlumatlar verilib. Daha sonra mülki müdafiə qərargahları qarşısında duran əsas vəzifələr və tabe qurumlarda mühəndis mühafizəsinin təhlili barədə müzakirələr aparılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə