Nəbi Həmidov: “İstəməzdim ki, yaradacağım ildırım hərbi məqsədlər üçün istifadə olunsun” AÇIQLAMA
"Mənim işlərimin əvvəlində təcrübənin əsasları dayanır". Bunu SİA-ya açıqlamasında ixtiraçı Nəbi Həmidov söyləyib. Bildirib ki, təbiətdə mövcud bəlli elmlər baxımından mümkünlüyü güman edilən, ağıla gəlməyən proseslər baş verir: "Maddi aləmi təşviq edən ayrı-ayrı təbii varlıqlar insana bəlli olmayan təbii xassələrdən yaranan təbii qüvvələrin təbiətdə təzahürüdür. Mən Azərbaycanda 2 il bundan əvvəl baş verən zəlzələni bir il əvvəldən bilirdim. Hətta Meksikada baş verən hadisələrdən sonra bilirdim ki, bu ölkə də, zəlzələ olacaq. Bəzən süni yolla yaradılan zəlzələlərdən də danışılır. Əslində insan zəlzələnin nə olduğunu bilmir. Sadəcə elə işlər görür, hadisələr törədir ki, sonda zəlzələ baş verir. Bəzən insanda maraq doğuran suallar yaranır. Nə üçün təbii fəlakətlər zamanı heyvana heç nə olmur, ancaq insanlar həlak olur? Düşünürəm ki, bunun yeganə cavabı təfəkkürdür. Hesab edirəm ki, dil təfəkkürün birinci göstəricisidir. Digər tərəfdən isə fizikanın təbiət haqqında elm adı ilə təbliğidir. Bu ümumbəşəri cinayətdir. Onu da deyim ki, i təbii yolla ildırım yarada bilərəm. Bildiyiniz kimi, hazırda ən böyük ixtira silah hazırlamaq hesab olunur. Mən istəməzdim ki, yaradacağım ildırım hərbi məqsədlər üçün istifadə olunsun. Ancaq yeri gələndə ondan dinc məqsədlərlə də istifadə etmək olar. Sözügeən idealarımı Elmlər Akademiyasına vermişəm. Ümid edirəm ki, baxıldıqdan sonra müsbət cavab alacam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB