"İstər təhlükəsizlik, istərsə də qatarların hazırlığı baxımından metropolitendə çox ciddi işlər görülür. Avropa Oyunları Təşkilat Komitəsi ilə də əməkdaşlığımız var. Nümayəndəmiz də iclaslarında iştirak edir. Müəyyən məsələlər müzakirə olunur. İrəli sürülən təkliflərlə bağlı müvafiq tədbir həyata keçirilir". Bunu SİA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Şöbə rəisinin sözlərinə görə, bəzi oyunlar gec saatlarına qədər davam edəcəyi təqdirdə hərəkət vaxtında dəyişikliyin edilməsi mümükündür: " Konkret vaxtla bağlı qərar hələ ki yoxdur. Təbii ki, bu dövlət səviyyəsində keçirilən mötəbər bir yarışdır. Əgər ehtiyac olarsa metropoliten hərəkət vaxtının uzadılması məsələsinə baxacaq. Belə bir qərar qəbul olunarsa biz bunu icra edə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB