Sabah bu qəsəbələrdə su kəsiləcək DİQQƏT

Sabah bu qəsəbələrdə su kəsiləcək DİQQƏT

Sabah Bakının və Abşeronun bəzi qəsəbələrinə suyun verilməsində məhdudiyyətlə olacaq. "Azərsu" ASC-dən SİA-ya verilən xəbərə görə, Böyükşor gölünün ətraf ərazilərində aparılan tikinti-abadlıq işləri çərçivəsində magistral su xətlərinin köçürülməsi ilə əlaqədar 20 dekabr 2014-cü il tarixdə gün ərzində Saray, Yeni Biləcəri yaşayış massivlərinin, Keşlə qəsəbəsinin, Böyükşor gölünün ətrafındakı ərazilərin bir hissəsinə içməli su məhdudiyyətlərlə veriləcək.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə