Vergilər naziri müraciətləri dinlədi

Vergilər naziri müraciətləri dinlədi

Bu gün vergilər naziri Fazil Məmmədov Xırdalanda Abşeron, Xızı və Siyəzən rayonlarından olan vətəndaşlarla görüşüb. Nazirliyin analitik informasiya şöbəsindən SİA-ya verilən məlumata görə, vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, pos-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə