Hər mollaya kəbin kəsdirmək olarmı? MÜNASİBƏT

Hər mollaya kəbin kəsdirmək olarmı? MÜNASİBƏT

"Qafqaz Müsəlmanları İdarəsinin mollaları nikah şəhadətnaməsi əsasında kəbin kəsirlər". Bunu SİA-ya açıqlamasında ilahiyyatçı Hacı Şahin Həsənli söyləyib: "Kəbin kəsdirmək bütün şəriətlərə uyğun həyata keçirilir. Bəzən özünü molla kimi təqdim edib, insanları aldadırlar. Düşünürəm ki, insanlar kəbinlərinin Qafqaz Müsəlmanlar İdarəsinin əməkdaşları tərəfindən oxunması doğru olar. Onu da deyim ki, kənarda bir çox din ilə məşğul olan insanlar ola bilər. Hesab edirəm ki, insanlar kənardakı mollalara yaxınlaşıb kəbinini oxutdururlarsa buna QMİ heç bir məsuliyyət daşımır. Həmçinin QMİ dövlət qurumu deyil ki, hər hansı nəzarət həyata keçirsin. Ancaq insanlara tövsiyə olunur ki, dini məsələlərlə bağlı vaxtaşırı etibar etdikləri şəxslərə müraciət etsinlər. Bir sözlə insanlar dini savadına bələd olduğu insanlara güvənməlidirlər. Kəbin şəriət qaydalarına uyğun şəkildə həyata keçirilməlidir. Yoldan keçən, hər mollayam deyənə inanıb kəbin oxutmaq olmaz. Kəbin kəsməklə bağlı xüsusi əsasnamə yoxdur. Yalnız şəriət qaydalarına əməl olunmalıdır. Burada dövlət tərəfindən verilmiş nikah haqqında şəhadətnamə olmalıdır və hər iki tərəfdən ya valideyn, ya da özləri iştirak etməlidirlər. Bunun əsasında da kəbin oxuna bilər. Sonda onu deyim ki, ailə münasibətləri olmamışdan öncə mütləq kəbin oxunmalıdır. Bu ya nikahdan əvvəl, ya da toy ərəfəsində olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə