Bakı şəhərində küçədən silah-sursat tapılıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Çevik Polis Alayı və Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən Azadlıq prospekti ev 188-in qarşısından 1 ədəd "Beretta" markalı tapança, 2 ədəd "RQD-5" qumbarası, 1 ədəd alışdırıcı, 2 ədəd işıqlandırıcı, 2 ədəd müxtəlif çaplı və 11 ədəd təlim patronu aşkar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB