ATGTİ Peşəvar şəhərində törədilmiş terror aktını pisləyib

ATGTİ Peşəvar şəhərində törədilmiş terror aktını pisləyib

Ölkənin ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Pakistan İslam Respublikasının Peşəvar şəhərindəki məktəbdə cinayətkar "Taliban" qruplaşmasının törətdiyi terror aktını qətiyyətlə pisləyib. SİA-nın məlumatına görə, bu məqsədlə ATGTİ-nin sədri Şahin İsmayılov Pakistanın Azərbaycandakı səfiri cənab Xalid Usman Qayserə başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir:

"Cənab səfir, Peşəvarda baş vermiş qanlı hadisə bir daha sübut edir ki, terrorun milliyyəti yoxdur və onunla həmişə mübarizə aparmaq lazımdır. Törədilmiş terror aktı nəticəsində çoxsaylı şagird və tələbələrin həlak olması xəbəri bizi dərindən kəndərləndirdi. Hər bir ölkənin gələcəyi olan gənclərin belə faciəli ölümü yolverilməzdir. Öz adımdan və Azərbaycan tələbələri adından Pakistan xalqına başsağlığı diləyir, bu çətin anda Sizə səbr arzulayıram. Allah rəhmət eləsin!"

Bütün xəbərlər Facebook səhifəmizdə