Heydər Əsədov vətəndaşlarla görüşəcək

Heydər Əsədov vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov dekabr ayının 26-da saat 11:00-da İsmayıllı rayonunda İsmayıllı, Şamaxı, Qəbələ, Ağsu, Qobustan və Abşeron rayonlarının sakinləri ilə görüşəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Şamaxı Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: 050-386-18-14) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə