Bakıda "Azәrbaycan Gәnclәrinin Maarifçilik Forumu" keçirilib (YENİLƏNİB)
Bakıda "Azәrbaycan Gәnclәrinin Maarifçilik Forumu" keçirilir. SİA-nın mәlumatına görә, tәdbir iştirakçıları әvvәlcә Ümummilli Lider Heydәr Әliyevin Binәqәdi rayon icra Hakimiyyәtinin inzibati binası qarşısındakı abidәsini ziyarәt edib, qarşısını gül dәstәlәri düzüblәr.
İcra Hakmiyyәtinin inzibati binasında keçirilәn forumda, Prezident Administrasiyasının İctimai-siyasi mәsәlәlәr şöbәsinin gәnclәr tәşkilatları ilә iş sektorunun müdiri Vüsal Quliyev, Binəqədi rayon İcra Hakimiyyәtinin başçısı Xalәddin İsgәndәrov, gәnclәr vә idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gәnclәr Fondunun icraçı direktoru Fәrhad Hacıyev, Azәrbaycan Respublikası Gәnclәr Tәşkilatları üzrә Milli Şuranın sәdri Şahin Seyidzadә, bir sıra gәnclәr tәşkilatlarının rәhbәrlәri vә gәnc fәallar iştirak ediblәr.
Forumu açıq elan edәn Binqәdәri rayon Gәnclәr vә İdman İdarәsinin rәisi Qüdsi Bayramov bildirib ki, tәdbir rayon İcra Hakimiyyәti, Gәnclәr vә İdman İdarәsi, Gәnclәr üçün Tәhsil Mәrkәzinin birgә tәşkilatçılığı ilә keçirilir.
Daha sonra gәnclәrlә bağlı qısametrajli film nümayiş olunub.
Forumda çıxış edən gәnclәr vә idman nazirinin müavini İntiqam Babayev deyib ki, bu gün Azərbaycanda geniş dünya görüşünə malik gənclər ordusu var: "Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin yeni mərhələsi yaşanmaqdadır. Bizim yeni hədəflərimiz var. Bu gün beynəlxalq miqyasda Azərbaycan gənclər siyasəti nümunə kimi göstərilir".
Prezident Administrasiyasının İctimaisiyasi mәsәlәlәr şöbәsinin gәnclәr tәşkilatları ilә iş sektorunun müdiri Vüsal Quliyev isə çıxışında deyib ki, Binəqədi rayonunun gənclər sahəsində həyata keçirdiyi tədbirlər digər rayonlar üçün nümunə olmalıdır: "Binəqədi rayonunda belə bir forumun keçirilməsi digər rayonlarımız üçün mesaj ola bilər ki, onlar da gənclər təşkilatları və fəal gənclərlə əməkdaşlıq etsinlər. Bu məsələlərə açıq olsunlar. Etiraf etməliyik ki, çox az rayon var ki, gənclər təşkilatları və fəal gənclərlə sıx əməkdaşlıq edirlər. Bu baxımdan Binəqədi rayonun təcrübəsindən yararlanmaq olar. Cəmiyyətin elə bir sahəsi yoxdur ki, orada inkişafa nail olunmasın. Hər bir inkişafa gedən yol da məhz maarifçilikdən keçir. Cəmiyyətin bütün sahələrində maarifləndirmə işlərinin həyata keçirilməsi çox önəmlidir. İnfrastruktur qurulsa, yaxşı sosial təminat yaradılsa belə, orada əsaslı maarifləndirmə işi aparılmasa heç bir sahədə ciddi tərəqqiyə nail olmaq mümkün olmayacaq. Bu baxımdan da belə forumların keçirilməsi çox önəmlidir".
Çıxış edən Azərbaycan Gәnclәr Fondunun icraçı direktoru Fәrhad Hacıyev ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən və rəhbərlik etdiyi fondun fəaliyyətindən danışıb.
Binəqədi rayon İcra Hakimiyyәtinin başçısı Xalәddin İsgәndәrov isə çıxışında gənclərə tövsiyyələrini çatdırıb, gəncləri ölkə başçısı İlham Əliyevin onlara yaratdığı münbit şəraitdən düzgün istifadəyə çağırıb.
Daha sonra Azәrbaycan Respublikası Gәnclәr Tәşkilatları üzrә Milli Şuranın sәdri Şahin Seyidzadә və bir sıra gәnclәr tәşkilatlarının rәhbәrlәri çıxış edərək formun əhəmiyyətindən danışıblar.
Elvin Abdulqәdirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB