Şeyx başsağlığı verdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə Pakistanın baş naziri Nəvaz Şərifə başsağlığı məktubu göndərib. QMİ-dən SİA-ya verilən məlumata görə, məktubda deyilir: "Qardaş Pakistanın Peşəvər şəhərində hərbi məktəbə hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı haqqında xəbər bizləri hədsiz sarsıtdı. Azərbaycan müsəlmanları və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına dərin hüznlə başsağlığı verir, mənfur terror hadisəsinin qurbanlarına Allahdan rəhmət diləyir, yaralılara şəfaət, bütün pakistanlı qardaşlarımıza səbr və dəyanət arzulayıram. Əmin ola bilərsiniz ki, Azərbaycan müsəlmanları kədərinizə ürəkdən şərik olur, dərdinizi bölüşürlər. Məscidlərimizdə terror qurbanlarının – günahsız uşaqların ruhları üçün Allaha dualar edilir.Başsağlıqlarımızı qardaş Pakistan xalqına yetirir, Uca Allahdan Öz Lütf və Mərhəmətini hər zaman bizim xalqlarımız və dövlətlərimiz üzərində bərqərar etməsini diləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə