Gəncədəki "SOS" uşaq kəndində "Gənclər evi" istifadəyə verilib. SİA-nın xəbərinə görə, açılış mərasimində burada 14 yaşı olan oğlanların yaşamasının nəzərdə tutulduğu diqqətə çatdırılıb. Bildirilib ki, 23 nəfərlik evdə hələlik 11 oğlan qalacaq. Onlara 1 lider, 3 məsləhətçi xidmət edəcək. Həmin gənclərdən gələcəkdə ali məktəblərə qəbul olunanlar təhsillərini, eləcə də hərbi xidmətə gedənlər xidmətlərini başa vuranadək burada yaşayacaqlar.
Açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra "Gənclər evi"nə baxış keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB