Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dekabrın 26-da Naftalan şəhərində Heydər Əliyev Mərkəzində (Şıxəli Qurbanov küç. 01) bu bölgədən olan vətəndaşları qəbul edəcək. Komitədən SİA-ya verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Naftalan, Göygöl, Goranboy, Bərdə, Tərtər rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar dekabrın 25-i saat 10:00-dək "192" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Gəncə Gömrük İdarəsi (əlaqə telefonu: (022) 259-58-44), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB