Bakının Nobel prospektində hərəkət məhdudlaşdırılır. Bunu SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib. O bildirib ki, bu gün saat 11:30-dan etibarən Bakının Nobel prospektində yolda aparılacaq xətləmə işləri ilə əlaqədar "Ağ şəhər"dən paytaxtın mərkəzi istiqamətində yolda hərəkət qismən məhdudlaşdırılacaq.
İşlərin bir neçə saat ərzində yekunlaşdırılması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB