Bu yerlərdə vaxtı keçmiş məhsul satılır

Bu yerlərdə vaxtı keçmiş məhsul satılır

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, monitorinqlər zamanı Bakının Abşeron, Sabunçu, Qaradağ, Nəsimi, Nərimanov rayonlarında, eləcə də Ağcabədi, Göygöl, Gəncə, Saatlı, Şamaxı, Şəki, Ağdamda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə