Bələdiyyə seçkiləri ələ əlaqədar ölkənin bütün şəhər və rayonlarında olduğu kimi, Neftçala rayonunda da Yeni Azərbaycan Partiyası tərəfindən namizədlyi qeydiyyata alınan şəxslərin təbliğat-təşviqat tədbirləri davam etdirilir. SİA-nın verdiyi məlumata görə, bu gün belə tədbirlərdən biri də rayonun gənc seçiciləri ilə keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov görülən işlər barədə qonaqlara məlumat verib: "Rayon üzrə fəaliyyətdə olan 17 bələdiyəyə 163 nəfər namizəd irəli sürülərək lazımı sənədləri 61 və 60 saylı Dairə Seçki Komissiyaları tərəfindən təsdiq olunub. Namizədlərin qeydə alınması üçün zəruri işlər səlahiyyətli numayəndələr tərəfindən görülüb. Namizədlərin imza toplama işləri başa çatdırılaraq DSK-lara təqdim olunub. Seçki günü Neftçala rayonunda olan məntəqə seçki komissiyalarında müşahidə aparılması üçün Təşkilat tərəfindən müşahidəçi və məşvərəçi səs hüquqlu üzvlər müyyəyən edilərək siyahı mərkəzi qərərgaha göndərilib. Namizədlərin müdafiəsi üçün ərazilər üzrə təbliğat qurupları yaradılaraq onlara treninqlər keçirilib. Rayon təşkilatında seçki qərərgahı yaradılıb və qərərgah üzvləri arasında iş bölgüsü aparılıb. Hazırda qərargahlar onlar üçün yaradılan fəaliyyət proqramına uyğun olaraq işlərini görməkdədir. Bundan başqa qərərgahların yığıncaqları keçirilib, bələdiyyə seçkilərinin dahada mütəşəkkil keçirilməsi üçün müvafiq qərarlar qəbul edilib. Hesab edirik ki, seçki ərəfəsində heç bir problem olmayacaq və Yeni Azərbaycan Partiyası hər seçkilərdə olduğu kimi bu seçkidə də xalqına arxalanaraq bələdiyyələrdə daha çox üzvlə təmsil olunacaq".
Daha sonra çıxış edən "Səs" Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev Respublikada dördüncü bələdiyyə seçkilərinin keçiriləcəyini qeyd edərək artıq xalqımızın bu sahədə kifayət qədər seçki təcrübəsinin olduğunu vurğulayıb: "Özünüidarəetmə orqanları, bir struktur kimi, Azərbaycanda 1999-cu ildə yaradılıb. Ötən müddət ərzində onların fəaliyyətinin hüquqi tənzimlənməsi üçün qəbul olunmuş qərarlar və qanunlar, eyni zamanda, əldə olunmuş təcrübə, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin daha da səmərəli şəkildə qurulmasına şərait yaradıb. Bələdiyyələrin əsas vəzifəsi vətəndaşlara xidmət etməkdir. Bu səbəbdən də sosial və digər aidiyyati problemlərin həllində onların üzərinə böyük məsuliyyət düşür. Əgər bələdiyyə xalq tərəfindən seçilirsə, sözsüz ki, xalqa xidmət etməlidir. Mən inanıram ki, bu seçkilərdə YAP daha çox səs toplayacaq və bələdiyyələrdə daha çox namizədlə təmsil olunacaq. Bunun üçün xalqımızın da əlindən gələcəyini əsirgəməyəcəyinə əminəm".
YAP Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev isə çıxışında qarşıdan gələn bələdiyyə seçkilərində qələbə qazanmaq üçün ciddi hazırlığın vacibliyini önə çəkdi: "bələdiyyələrin təkmilləşdirilməsi istiqamətində qanunlar qəbul olunub. Bələdiyyələrin əsas vəzifəsi vətəndaşlara xidmət etməkdir və bu səbəbdən də sosial-iqtisadi məsələlərin həllində onların görəcəyi işlər daha çoxdur. Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu Konstitutsiyada bələdiyyələrin funksiyalarına dair mükəmməl müddəalar öz əksini tapıb. Ümidvarıq ki, bələdiyyələr Konstitusiyanın tələblərinə uyğun şəkildə fəaliyyətlərini quracaqlar və əsas hədəfləri xalqa xidmət etmək, Respublikada görülən abadlıq-quruculuq işlərinə təkan vermək olacaq".
Görüşün sonunda YAP Neftçala rayon gəncləri adından çıxış edən Ülvi Fərzəliyev və Gövhər Nağıyeva gənclərin hər zaman YAP-a güvəndiyini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB