Daşkəsəndə gənclərlə görüş keçirildi

Daşkəsəndə gənclərlə görüş keçirildi

Bu gün 18 dekabr 2014-cü il tarixdə YAP-dan olan gənc namizədlər, partiya fəalları, ilk dəfə səs verən gənclərlə YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov və YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevin iştirakı ilə seçkiqabağı yığıncaq keçirilib.

Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən Gənclərin Təlim və İstirahət Mərkəzində baş tutmuş görüşdə ümumilikdə 150 nəfərdən çox bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınmış, ilk dəfə səs verəcək və fəal gənclərlə yığıncaq keçirilib.

Yığıncağı giriş sözü ilə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev açıb.

Natiqlər gənclərə uğurlar arzulamış, 23 dekabr 2014-cü il tarixdə keçiriləcək Bələdiyyə seçkilərində yeni-yeni qələbələr diləyiblər.

Yığıncaqda iştirak etmiş gənclər ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin apardığı çox uğurlu siyasəti dəstəklədiklərini bildirmiş, bu siyasətə daim sədaqətli olacaqlarını bəyan ediblər.

YAP-dan namizədliyi irəli sürülmüş 145 nəfərdən 58 nəfəri, yəni 40 fazini gənclər təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə