Bərdədə Qarabagın ən böyük parkı salınır

Bərdədə Qarabagın ən böyük parkı salınır

Bərdədə Qarabagın ən böyük parkı salınır. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, 47 hektar ərazini əhatə edən Park Bulvarda artıq son tamamlama işləri görülür.

Bərdə şəhərində inşa edilən Park Bulvar Kompleksi Qarabag regionunda salınan ən böyük mədəniyyət və istirahət mərkəzidir. Gələcəkdə sahəsi genişləndiriləcək olan parkın hələlik 1 kilometrdən cox hissəsini bulvarı təşkil edir. Parkın bulvar hissəsində, Tərtər çayının sag və sol sahillərində sahil bərkitmə işləri aparılaraq, iki göl yaradılıb. Şəhəri iki hissəyə ayıran, Tərtər çayı üzərində salınan asma körpü parka gələnləri qədim Bərdənin VII ci əsrə aid olan tarixi abidəsinə yaxından tamaşa etməsi üçün şərait yaradacaq .

47 hektar ərazini əhatə edən parkda istirahətə gələn müxtəlif yaş təbəqəsindən olan insanların istirahəti üçün hər cür şərait və guşələr yaradılıb. Park ərazisində 2 mərtəbəli Çay evi, Ana və uşaq kafesi, uşaqlar üçün əyləncə guşəsi, mini futbol meydançası, 1500 nəfərlik yay kino zalı və digər guşələr inşa edilib. Əyləncə və istirahət guşəsi olan parkda həmçinin də böyük monitor quraşdırılıb.

Yerə tamet daşlar döşənib, xarici ölkələrdən gətirilmiş 600 min manat dəyərində müxtəlif növdə agac və təbii gül və dekarativ gül kollarıda əkilərək yaşıllıq zolaqları salınıb. Park ərazisində quraşdırılan fəvvarələr kompleksi isə parkda əsrarəngiz görüntü yaradaraq insanlara xoş ovqat bəxş edir. Xarici ölkədən gətirilən işıq dirəkləri isə parkın gecə işıqlandırılmasına xüsusi bir görünüş verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə