Lənkəranın bəzi kəndləri qazsız qalacaq XƏBƏRDARLIQ

Lənkəranın bəzi kəndləri qazsız qalacaq XƏBƏRDARLIQ

Lənkəranın bəzi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. SİA-nın ARDNŞ-ın saytına istinadən verdiyi məlumata görə, dekabrın 19-da saat 12:00-dan 17:00-dək "Qaz İxrac" İdarəsinin Astara Magistral qaz kəmərləri sahəsinin "Xarxatan" Qazpaylama Stansiyasında təmir işləri aparılacaq.

Təmir müddətində Lənkəran rayonun Liman qəsəbəsinin, o cümlədən, Xarxatan, Dilman, Separadi, Şağlaser və Boladi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə